David Vinkbuns, David Vinkbons, Vinkbons, Vinkbums (; ) — Holland qızıl dövrün rəssamı və qravüraçısı. Cənubi Hollandiyadan olan böyük bir sənətçi ailəsinin ən böyük üzvü.
Həyatı David Vinkbuns Antverpen əyalətində Flamandın Meheln şəhərindən gəlmiş akvarel rəssamı Filip Vinkbuns Elderin oğlu idi. Təxminən 1580-ci ildə ailə Antverpenə, sonra isə 1585-ci ildə İspaniyanın şəhəri işğal etməsindən sonra Middelburqa köçdü. 1602-ci ildə David Vinkbuns notariusun qızı Agnet van Lun ilə evlənib və ondan ən azı on övladı olub. Onlardan biri kartoqraf Yohanes Vinkbuns, digərləri isə memarlar Filips və Yustus Vinkbunsdur.
Yaradıcılığı David Vinkbuns Hollandiyanın ən məhsuldar və populyar rəssam və qravüraçılarından biri olub. Böyük Piter Breygeldən təsirlənərək, o, Hans Bol və Roelant Saverey ilə birlikdə şimali Hollandiyada məişət janrı rəssamlığının inkişafında mühüm rol oynayıblar.
Vinkbuns "kənd bayramlarının səhnələrini çox vaxt satirik və ya fəlsəfi çalarlar ilə, qroteskləri, fantastik personajları olan, öz əsərində flamand və holland üslublarının xüsusiyyətlərini özündə birləşdirən mənzərələr çəkirdi". Власов В. Г. Винкбоонс, Давид // Стили в искусстве. В 3-х т. — СПб.: Кольна. — Т. 2. — Словарь имён, 1996. — С. 201. — ISBN-5–88737-005-X O, həmçinin Tobias və Mələk (1619) kimi incil səhnələrini çəkirdi. Onun mənzərələri Gillis van Koninkslo ilə əlaqələrini göstərir. Carr G. L. Frederic Edwin Church: Catalogue Raisonne of Works at Olana State Historic Site. — Volume I. — Cambridge: Cambridge University Press, 1994. — Pp. 6–7. — ISBN 978–0521385404
David Vinkbunsun ən yaxşı əsərləri:
"Amsterdamdakı qocalar evinin fasadının qarşısında odlu işıqlandırma altında lotereya" (Amsterdam); "Monastrın qapılarında çörək paylanması" (Berlin); "İsa Məsih Qolqofa gedir."
Sankt-Peterburq Ermitajında bu rəssamın beş əsəri var: "Meşə", "Məsihin Genisaret gölündəki duası", "Meşədə ovçular", "Həvari Filipin vəftiz etdiyi mənzərə", "Ova getmə".
Onun tələbələri arasında Klas Yanson Visher, Gillies Klas de Hondekoeter və ehtimal ki, Esays van de Velde olub. O ciddi şəkildə Hendrik Averkampın yaradıcılığına təsir edib.
Qalereya
Ədəbiyyat Liedtke, W. (2007) Dutch paintings in the Metropolitan Museum of Art, p. 913. Sutton, P. C. (ed.), Masters of Seventeenth-Century Dutch Genre Painting, exhib. cat. 1984 (Philadelphia Museum; Berlin, :de:Gemäldegalerie; London, RA)
İstinadlar
Xarici keçidlər
Works and literature on David Vinckboons at PubHist Pieter Bruegel the Elder: Drawings and Prints, a full text exhibition catalog from The Metropolitan Museum of Art, which includes material on David Vinckboons (see index)
Kateqoriya:Niderlandda doğulanlar Kateqoriya:Niderlandda vəfat edənlər Kateqoriya:Niderland rəssamları Kateqoriya:XVI əsr rəssamları Kateqoriya:XVII əsr rəssamları Kateqoriya:Holland peyzaj rəssamları Kateqoriya:Flamand intibah rəssamları