Həsən Bitməz () — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Həsən Bitməz 1969-cu ildə Giresun ilində anadan olub. Gebze İmam-Hatip Liseyində təhsil alıb. Əlcəzairin Əl-Əzhər Universiteti Usuliddin Bölməsindən məzun olub.
Gebze İmam-Hatip Liseyi Məzunları Dərnəyinin qurucu prezidenti, 1999–2004-cü illərdə Milli Gənclər Fondunun (MGV) sədr müavini, 2000-ci ildə Anadolu Gənclər Fondunun qurucu üzvü, 2006–2010-cu illərdə Beynəlxalq İslam Tələbə Qurumları Federasiyasının (IIFSO) İdarə Heyətinin üzvü və 2010–2014-cü illərdə qurumun Məclisinin sədri, 2008–2010-cu illərdə Beynəlxalq Gənclər Forumunun sədri vəzifələrində çalışıb. Ölümünə qədər İqtisadi-Sosial Araşdırmalar İnstitutunda (ESAM) Müşahidə Şurasının üzvü və İslam Birliyi Araşdırma İnstitutunun (İSBAM) prezidenti idi.
Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Rifah Partiyasında Gebze ilçə şöbəsinin sədri vəzifəsində çalışıb. Səadət Partiyasının sədr müavini idi.
2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Kocaeli ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
İngiliscə bilirdi. Evli və 1 uşaq atası idi.
Ölümü 2023-cü il dekabrın 12-də Türkiyə Böyük Millət Məclisinin tribunasında HƏMAS-İsrail müharibəsi ilə bağlı çıxışından sonra huşunu itirmişdir. Ürəyi dayanan Həsən Bitməz reanimasiyaya aparılmış, 14 dekabr 2023-cü ildə 53 yaşında müalicə aldığı xəstəxanada vəfat etmişdir. Elə həmin gün TBMM-də Həsən Bitməz üçün vida mərasimi baş tutmuş, 15 dekabr 2023-cü ildə isə Fatih məscidində cənazə namazından sonra Əfəndi qəbiristanlığında dəfn edilmişdir.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları