Əli Yüksəl () — müəllim, jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Əli Yüksəl 1949-cu ildə Antalya ilinin Doyran ilçəsində anadan olub.
Avropa Milli Görüş Cəmiyyətində imam-hatip, şöbə sədri və sədr vəzifələrində çalışıb. DOST-YAR (Dostluq — Sosial-Mədəni Dayanışma və Yardımlaşma) Cəmiyyətinin qurucu prezidentidir. “Vilayət” qəzetinin İdarə Heyətinin sədridir.
Yenidən Rifah Partiyasının qurucularından olub, QHT-lərlə iş üzrə sədr müavini və xaricdə yaşayan vətəndaşlarla iş üzrə sədr müavini vəzifələrində çalışıb. Hazırda İdarə Heyətinin üzvüdür.
2023-cü il mayın 14-də Yenidən Rifah Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Konya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Almanca və ərəbcə bilir. Evli və 8 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları