və ya doğum adı ilə – Yaponiya rəqqası və xoreoqrafı. O, yapon rəqsinin Fucima məktəbinin rəhbəri olmuşdur. Karyerasını başa vurduqdan sonra adını götürmüşdür.

Həyatı Kancuro Fucima 1781-ci ildə əsası qoyulmuş Fucima məktəbinə başçılıq edən şəxslərə verilən, nəsildən nəsilə ötürülən səhnə adıdır. Bu təxəllüs ilk dəfə Kanbey Fucima tərəfindən istifadə olunmuşdur.

Hideo Fucima 1900-cü ildə Tokio şəhərində doğulmuşdur. O, əvvəlcə özünə Onoe Umeo səhnə adını götürsə də, daha sonra Fucima məktəbinə qəbul olunmuş və 1927-ci ildə VI Kancuro Fucima adını qəbul etmişdir. 1927-ci ildə kabuki aktyoru VI Onoe Kikuqoro üçün rəqs xoreoqrafiyası təşkil edərək Kabukizanın xoreoqrafı olmuşdur. "Yamauba" və "Oymatsu" kimi işlərin müəllifi olmuşdur. O, kostyumsuz və maskasız ifa olunan suodori rəqsinin ustası kimi tanınmışdır. 1990-cı ildə karyerasını başa vurmuş və Kancuro Fucima adını qızına ötürərək özünə II Kanco Fucima adını götürmüşdür.

Mükafatlar 25 mart 1960-cı ildə Yaponiya hökuməti tərəfindən yaşayan milli xəzinə elan olunmuşdur. "Makuracişi" üçün hazırladığı xoreoqrafiyasına görə 1963-cü ildə Yaponiya İncəsənət Akademiyası Mükafatına layiq görülmüşdür. 1967-ci ildə həmin akademiyanın üzvü olmuşdur. 1982-ci ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya rəqqasları Kateqoriya:Yaponiya xoreoqrafları Kateqoriya:Yaponiyanın yaşayan milli xəzinələri Kateqoriya:Yaponiya uzunömürlüləri