Qulat-i Şiə və ya Qaliyyə — şiə teologiyasında bəzi Əhli-beytdən olan insanlara ilahilik aid edən və ya əsas şiələr tərəfindən "ifrat" olaraq təyin olunan ifrat qrupları (məzhəbləri) təsvir etmək üçün istifadə edilən bir termindir. Onu müəllihə də adlandırırlar. Sonrakı dövrlərdə bu termin 12 İmamçılar, Zeydilər və bəzən də mötədil İsmaililər tərəfindən qəbul edilməyən şiə qrupları üçün istifadə edilmişdir. İmamət əqidəsinə qarşı ifrat fikirlərə malik olan şiələrə bağlı qruplar və özlərini müsəlman kimi göstərən, Əliyə və onun nəslindən olan imamlara ilahilik və ya peyğəmbərlik aid edənlər üçün istifadə edilmişdirŞehristânî, El-Milel, Cild 1, Səhifə 173.

Sözün mənşəyi "Qaliyyyə" mötədillik həddini aşanlara verilən addır. Həddini aşmaq mənasında olan "gülüv" kökündən olan cəm isimdir və "mötədillik xəttini aşanlar" mənasındadır. Bu kökdən əmələ gələn "Qulat, eh'ul-gülüv, əshab'ül-gülüv" birləşmələri də eyni məna daşıyırDiyânet İslâm Ansiklopedisi, Cilt 13, Sahife 333, TDV 1996..

İnanclar İmamiyyə ifratçılıq üçün üç xüsusiyyət müəyyən etmişdir; Hulul, reinkarnasiya və ibaha.

Qaliyyə məzhəbləri İlk qurulan Qulat məzhəbi "Abdullah ibn Səba" adlı yəmənli bir yəhudi tərəfindən qurulan Səbailik idiKaynak: Mustafa Öz, Mezhepler Tarihi ve Terimleri Sözlüğü, Ensar, İstanbul, 2011..

Qulat-i Şiə firqələri Qulat-i Şiə Səbailik (Abdullah ibn Səba) Həttabiyyə (Əbül-Həttab əl-Əsədi) Bəziqiyyə Hattabiyet-ul Mutlakə Qeysanilər Muxtariyyə/Qeysaniyyetül-Hullas Hərbiyyə Muaviyyə/Cənnahiyyə Harisiyyə Bəyaniyyə Ravendiyyə Rizamiyyə Bü' Müslimiyyə Sinbadiyyə Bərkükiyyə Havaliyyə Muhammira Muğannaiyyə Xürrəmilik Babəkiyyə Mazyariyyə Quliyyə İsxaq et-Türkiyyə Riyahiyyə Kəbriyyə Qulat İmamiyyə Muğıriyyə Mansuriyyə Azafirə Albaiyəyyə (Ulyaniyyə) Zəmmiyyə Ayniyyə Mimiyyə Siniyyə Muhammisə Şûrayiyyə Qurabiyyə Zübabiyyə Nusayriyyə Qulat Zeydilik Carüdiyyə Naimiyyə Yaqubiyyə Qulat Batiniyyə (Batinilik) Keyyaliyyə Hakimiyyə (Druzlar) Səbbahilər (Ələmutlar)

İstinadlar

Kateqoriya:Şiə məzhəbləri Kateqoriya:İslam tarixi