Tommazo Baldanzi (, ) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın Roma klubunda hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir.

Karyera Poccibonsidə anadan olub Kastelfiorentinoda böyüyən Baldanzi ilk dəfə altı yaşında yerli yerli klubda futbol oynamağa başlayır. İki il sonra isə, Empoli klubunun gənclər sektoruna qoşulur. Burada "Empoli"nin müxtəlif aşağı yaş komandalarında oynayır və 2019-cu ildə klubun 16 yaşlılardan ibarət komandasıyla İtaliya çempionu olur.

28 oktyabr 2020-ci ildə yarımmüdafiəçi Beneventoya qarşı İtaliya kubokunda, "Empoli"nin 4–2 hesabı ilə qalib gəldiyi oyunda sonradan meydana çıxaraq "Empoli"də peşəkar debüt edir. Oyun zamanı Leonardo Mankusonun son qolunda qol ötürməsi ilə yadda qalır. Eyni mövsümdə o, "Empoli"nin 19 yaşadək futbolçulardan ibarət komandasına İtaliya Gənclər Liqasının qalibi olmağa kömək edir və liqanın ən yaxşı oyunçusu seçilir.

Növbəti mövsümdə UEFA Gənclər Liqasında çıxış etdikdən sonra Baldanzi komanda yoldaşları Yakobo Fatsini və Duçço Deli İnnoçenti ilə birlikdə, rəsmi olaraq "Empoli"nin əsas komandasına yüksəlıir. Daha sonra A Seriyasında debütünü 22 may 2022-ci ildə Atalanta ilə səfərdə, "Empoli"nin 1:0 hesablı qələbə qazandığı oyunun 74-cü dəqiqəsində Patrik Kutroneni əvəzləyərək edir.

1 fevral 2024-cü ildə Baldanzi "Roma" klubuna keçir.

Karyera statistikası

Klub

+Klub, mövsüm və yarışlara görə oyun və qol sayıKlubMövsümLiqaKubokToplamDvizionOyunQolOyunQolOyunQolEmpoli2020–21B Seriyası0020202021–22A Seriyası1000102022–23264102742023–2414200142Karyerasında cəmi41630446

İstinadlar

Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Empoli FK futbolçuları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:Cenoa FK futbolçuları Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri