Veber-Krisçen xəstəliyi, febril residivləşən qeyri-irinli pannikulit – 30–50 yaşda qadınlarda daha çox rast gəlir. Klinika: qızdırma, dərialtı qırmızı rəngli, bərk, ağrılı düyünlər bəzən isə infiltrat formasında olur. Dəri infiltrat üzərində parıldayır. Sağaldıqda çapıqlar, piqmentasiya qalır. Bəzən daxili üzvlər zədələnir (ürək, ağciyərlər, qaraciyər, böyrəklər)F. Y. Talıbov, N. T. Zamanov, G. R. Ələkbərova, N. R. Abdullayeva. Revmatologiya (Terminlər, anlayışlar). Bakı, "Elm və təhsil", 2022.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Dərinin vəziyyətinin pisləşməsi