Roopkund (yerlilər arasında Sirli göl və ya Skelet gölü kimi tanınır) — Hindistanın Uttarakhand əyalətinin Trisul massivində, yüksək hündürlükdə yerləşən buzlaq gölü. Himalay dağlarında yerləşən gölün ətrafında yaşayış yoxdur və təqribən 5020 metr (16,470 fut) hündürlükdə yerləşir. Buzlaqlarla örtülmüş qayalar və qarlı dağlarla əhatə olunmuşdur. Roopkund məşhur trekkinq yeridir. Gölün ölçüsü müxtəlif dövrlərdə əhəmiyyətli dərəcədə dəyişir, lakin onun diametri nadir hallarda 40 metrdən çox olur və həmçinin qışda donur.
İnsan skeletlətləri Təxminən üç metr dərinliyi olan Roopkund gölü kənarında tapılan yüzlərlə insan skeleti ilə məşhurdur. Qar əriyəndə insan skeletlətlərinin qalıqları gölün dibində görünür. 2015-ci ildə 82 skelet qalığında aparılan genetik və bioloji analizlərdən məlum olub ki, fərdlərin əksəriyyəti eramızın 8-ci əsrində, qalanları isə 9-cu əsrdə yaşamış kişilərdir. Qarşılaşdırılmış genetik analizlər göstərdi ki, 8-ci əsrdə ölən fərdlər genetik cəhətdən iki fərqli qrupda aiddirlər. Əksəriyyət müasir Avropa və Yaxın Şərq populyasiyalarına genetik yaxınlıq göstərsə də, digər qrup isə Şimali Hindistan Himalaylarından olan Avstroasiya əhalisi ilə yaxın haploqrupları bölüşürdü.Rai, N., G. Chaubey, L. Singh and K. Thangaraj. The ancient DNA study of a north Indian Himalayan population (англ.) // A paper presented at 9th International Society for Applied Biological Sciences (ISABS) Conference on Forensic and Anthropologic Genetics held at Bol, Island of, Republic of Croatia, from 22–26 June, 2015. — 2015.
Skeletlərlə bağlı çovğun, uçqun, sürüşmə, epidemiya kimi müxtəlif versiyalar mövcud idi. Lakin Heydərabad, Puna və London alimlərinin apardıqları araşdırmalar nəticəsində məlum oldu ki, ölümlərin səbəbi "dolu" ola bilər. Kriket topu ölçüsündə olan dolu daşları (diametri 7 sm-ə qədər) açıq ərazidə olan insanların kütləvi ölümü ilə nəticələnib. Həmçinin bölgədəki sərin hava və daimi aşağı temperatur cəsədlərin yaxşı qorunub saxlanılmasında mühüm rol oynayıb.
İstinadlar
Xarici keçidlər
Roopkund Trek, District Administration-Almora Roopkund Lake. Garhwali Traveller
The Skeletons at the Lake; article in The New Yorker magazine Roopkund Human Skeletal Remains: A Short Note on the Signs of Nutritional Stress and Anemia on the Cranial and Orbital Surface Roopkund: An Unsolved Mystery
Kateqoriya:Səbəbi bilinməyən ölümlər Kateqoriya:Asiya gölləri