Davudlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Toponimikası Davudlu kəndi Gorus çayının (Bərgüşad çayının qolu) dərəsində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Qarabağ bəylərbəyisi olmuş Davuda məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Sonralar burada sofulu tayfasına mənsub ailələrin də məskunlaşması haqqında məlumat verilir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Davudlu kəndində 41 evdə 143 şiə türk yaşayırdı.
Həmçinin bax Qubadlı rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri