"RomArchive" — romani mədəniyyətinin rəqəmsal deposu. 2015-ci ildə təsis edilmişdir. On dörd kurator ingilis, alman və qaraçı dillərində mövcud olan 5,000 obyekt təşkil etmişdir. Arxiv Avropa İttifaqının Mədəni İrs Mükafatını və "Grimme-Preis" mükafatını qazanmışdır.

Layihə "RomArchive" 2015-ci ildə qaraçı mədəniyyətinin rəqəmsal deposu kimi təsis edilmişdir. Almaniya Federal Mədəniyyət Fondu bura 3,75 milyon avro ayıraraq layihənin ən böyük ilkin sponsoru olmuşdur. Təsisçilər İzabel Raabe və Fransiska Zauerbrey idi. Layihə rəqs, film, ədəbiyyat və flamenko kimi sahələri əhatə edir. Kinorejissor Katalin Barson romani mədəniyyətini orijinal şəkildə təqdim edən 35 filmdən ibarət bir seleksiya seçmiş, onlardan biri Loven Mohtadinin "Taykon" filmi olmuşdur. Vizual incəsənət kolleksiyasının kuratoru Timeya Yunqhaus, fotoqrafiya isə Andre Raatç tərəfindən həyata keçirilmişdir. Ümumilikdə on dörd kurator var.

Arxiv 5,000 obyektdən ibarətdir, ingilis, alman və romani dillərində mövcuddur. Almaniya Sinti və Roma Sənədləşdirmə və Mədəniyyət Mərkəzi 2019-cu ildə Beynəlxalq Qaraçılar Günündə "RomArchive" layihəsinin sponsorluğunu öz üzərinə götürmüşdür. Həmin il arxiv Avropa İttifaqının Mədəni İrs Mükafatına layiq görülmüşdür. 2020-ci ildə o, həmçinin "Grimme-Preis" qazanmışdır.

İstinadlar

Xarici keçidlər Website

Kateqoriya:Qaraçı dili Kateqoriya:Qaraçı mədəniyyəti Kateqoriya:2015-ci ildə yaranan nəşrlər