Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Departamenti, (ingiliscə: , DHS) 11 sentyabr hücumlarından sonra yaradılmış olan bu dövlət təşkilatının əsas vəzifəsi ölkədə terrorizmlə mübarizə aparmaqdır. "Homeland" sözünün Azərbaycan dilinə tərcüməsi "Doğma vətən" deməkdir.

Departament 2002-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş olan "İctimai Təhlükəsizlik Aktı" ilə yaradılmışdır. Bu qanun nəticəsində departamentin konstitusiya quruluşunun mühafizə edilməsi, təbii fəlakətlərə hazırlıq və onların nəticələrinin aradan qaldırılması, sərhəd mühafizəsi və mülki müdafiə kimi vəzifələri olan digər federal orqanlar ilə koordinasiyalı formada işləməsi təmin edilmişdir. Həmçinin də, terror hücumları, texnogen fəlakətlər və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması da, təşkilatın və ya təşkilat daxilindəki bölmələrin nəzarəti altındadır. Kateqoriya:Daxili işlər nazirlikləri Kateqoriya:ABŞ silahlı qüvvələri Kateqoriya:2002-ci ildə ABŞ-də yarananlar