Alpər Qul () — türk aktyor və yazıçı.
Həyatı Alpər Qul 5 dekabr 1975-ci ildə İstanbulun Süleymaniyyə şəhərində anadan olub. Lakin ailəsi Trabzonlu olduğundan atası şəxsiyyət vəsiqəsinə Trabzon yazdırıb.
MSM-dən sonra İndiana Universitetinin teatr fakültəsində təhsilini başa vuran sənətçi 1994-cü ildən "City Theaters", "DOT", "IUSB (ABŞ)", "BKM" kimi təşkilatlarda və müxtəlif filmlərdə və seriallarda rol alıb.
O, 2012-ci il dekabrın 18-də "İnsanlar aləmi" televerilişində rol aldığı Aylin Kontente ilə ailə həyatı qurub. Onun Arel və Leo adlı iki oğlu var.
Karyerası Brodvey tarixinin ən uzun tək nəfərlik oyunu olan "Mağara adamı" tamaşasını Türkiyədə ilk dəfə səhnələşdirib. O, 2 oktyabr 2009-cu ildə başlayan bir mövsüm üçün "BKM"də tək adamlıq oyununu ifa edib. 2010-cu ildə yazdığı bir nəfərlik "Atamın oğlu" əsərini 3 il Türkiyə və Avropada səhnələşdirib. 2010-cu ildə ilk dəfə səhnəyə qoyulan AUT teatr tamaşasına görə ilin yazıçısı mükafatını alıb. 2011-ci ildə yazdığı "Barselona" adlı teatr oyunu İkinciqat teatrında tamaşaya qoyulub.
2011-ci ildə ATV-də yayımlanan "5'er Beşer" adlı komediya teatrı proqramından sonra 2012-ci ildə Star TV-də yayımlanan və bu proqramın davamı olan "İnsan aləmi" və 2013-cü ildə "Güldür Güldür" adlı televerilişlərdə layihələr hazırlayıb və rol alıb. Aktyorluqdan başqa, o, "The Outsiders" adlı roman yazıb və 2021-ci ildə nəşr etdirib.
Filmoqrafiya Ölümlü dünya 2 – 2023 Uzaq ara əyləncə – 2020 Məhəllədən dostlar – 2020 Cici atam – 2018 Ölümlü dünya – 2018 Süməlanın şifrəsi 3: Cünyor Təməl – 2017 Babamın qəbzi – 2016 Olar-olar – Əli, 2014 Osmanlı şilləsi – Yeniçeri Şahin, 2013–2014 Güldür güldür şou – İsmayıl Canevimdən, 2013–h.h. Moskvanın şifrəsi: Təməl – Təməl, 2013 İnsanlar aləmi – İsmayıl Canevimdən, 2012 Sümelanın şifrəsi: Təməl – Təməl, 2011 5'er Beşer – İsmayıl, 2011 Şən yuva – Nurəddin Şənyuva, 2010 Günəşi gördüm – 2009 Gecənin qanadları – Baran, 2010 Mordkomission – 2009–2010 Flugten – 2008 Səssiz gəmilər – 2007–2008 Ugarit – 2007 Kölgə – 2007 Tale – 2006 Eşqə sürgün – 2005 Xınalı qar – Dəmir, 2002 İlan hekayəsi – 1999 Hamam – 1997
Teatr tamaşaları Red Kit – 1994 Şeksi Oyun – 1995 The Learned Ladies – 1996 The American Buffalo – 1997 The Velveteen Rabbit – 1997 Waiting For The Parade – 1998 Barış – 1998 Troyalı qadınlar – 1998 Ölüm və oyun – 1999 Bala quşlar – 1999 Əziznamə – 2002 Midasın qulaqları – 2004 Böcək – 2006 İki nəfərlik bir oyun – 2007 Caveman (mağara adamı) – 2009 Atamın oğlu – 2010–2011
Yazdığı pyeslər AUT (2010) BARSELO (2011)
Layihə dizaynları Gənc türklər – Cine5 – 2006 Sehrli barmaqlar – TNT – 2011 5-er Beşer – ATV – 2011 İnsanlar aləmi – Star TV – 2012 Güldür güldür şou – FOX, Show TV – 2013–h.h.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları Kateqoriya:Türkiyə teatr aktyorları