Abdal Kissi (; ) — 1980-ci illərin əvvəllərində səkkiz görüş keçirmiş Mərakeş əsilli belçikalı boksçu və aktyor.

Bioqrafiyası Kissi Mərakeşin Ucda şəhərində anadan olmuş və uşaqlıq illərindən Belçikanın Brüssel şəhərinə köçmüşdür. 1980-ci illərin əvvəllərində o, iki nokaut, bir heç-heçə, iki məğlubiyyət və beş qələbədən ibarət olan ümumilikdə səkkiz boks matçı keçirmişdir. Abdal Kissi əvvəlcə qardaşı Mişel Kissi sayəsində, daha sonra isə Jan-Klod Van Dammın bəzi filmlərində baş rollarda oynamışdır.

2006-cı ildə sağçı Mouvement Réformateur (MR) partiyasının namizədi kimi Belçikada keçirilmiş olan yerli seçkilərdə İxelles kommunasından namizəd olmuş, lakin 322 səs əldə edərək seçilməmişdir.

İstinadlar