Kolanı palçıq vulkanı– Qobustan rayon mərkəzindən 18 km məsafədə, Girdə yüksəkliyindən şimal-qərbdə yerləşir.

Haqqında Qobustan rayon mərkəzindən 18 km məsafədə, Girdə yüksəkliyindən şimal-qərbdə yerləşir. Yarğan və qobularla parçalanan, hündürlüyü 16 m olan yastı yüksəklikdən ibarətdir. Geoloji quruluşunda qərb-şimal-qərb istiqamətli braiantiklinal qırışıq əmələ gətirən, kaynazoy çöküntüləri (oliqosen-üst pilosen) iştirak edir. Tağ hissəsində alt maykopun dik yatan (55-58°)nlayları yer üzərinə çıxır. Qırışığın tağı vulkanın əlaqədar olduğu Acıçay qırılması ilə kəsilmişdir. İlk dəfə 1845-ci il 21 iyun, daha sonra 1962, 1969-cu illərdə püskürüb.

Həmçinin bax Torağay palçıq vulkanı

İstinadlar

Xarici keçidlər Kolanı tayfası

Kateqoriya:Palçıq vulkanları Kateqoriya:Azərbaycanın palçıq vulkanları