Olesya Yuriyivna Vlasova (; ) ― rus əsilli Ukrayna səhnə və kino aktrisası, Ukraynanın əməkdar artisti (2020). O, iki dəfə "Kiyev pektoralı" teatr mükafatının laureatı olub (1999, 2004) və "Ukrayna pravdası. Həyat" (2009) jurnalına görə Ukraynanın TOP-20 aktrisası sırasına daxil edilib.

Bioqrafiya Vlasova 14 sentyabr 1974-cü ildə Moskva vilayətində anadan olub.

O uşaqlıq dövrünün əvvəllərində valideynləri ilə birlikdə Odessaya köçmüş və məktəbi burada bitirmişdir. Vlasova 1990-1995-ci illərdə Odessa Teatr Liseyində təhsil alıb və Kanal 7-də teleaparıcı işləyib. 1999-cu ildə Kiyev Milli Teatrı, Kino və Televiziya Universitetini bitirib. 2000-ci ildən Peçerskdəki yeni dram teatrında () aktrisadır.

Vlasova ukraynalı aktyor İqor Rubaşkinlə evlidir. Onların Appolinariya (Polina) və Varvara adlı iki qızı var.

İstinadlar

Kateqoriya:Ukraynanın əməkdar artistləri Kateqoriya:Ukrayna aktrisaları Kateqoriya:Ukraynanın televiziya aparıcıları Kateqoriya:Kiyev Milli Teatr, Film və Televiziya Universitetinin məzunları Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:XXI əsr aktrisaları