right|thumb|İraqdakı Çoxmillətli Qüvvələrin missiya gerbi.

İraqdakı Çoxmillətli Qüvvələr (İngiliscə: The Multi-National Force – Iraq (MNF–I)) İraq müharibəsindən sonra İraqın işğalında iştirak etmiş olan və ABŞ tərəfindən idarə olunmuş silahlı qüvvələrdirlər. Qüvvələr 15 may 2004-cü ildə Kombinasiyalı Müştərək İşçi Qüvvəsi 7 (Combined Joint Task Force 7) adlanan strukturdan ölkənin işğalına nəzarəti təhvil almış və 2010-cu il yanvarın 1-də ABŞ Silahlı Qüvvələrinə təhvil vermişdir.DoD report, June 2009

Təsviri İraq müharibəsindən sonrakı dövrdə İraqda mövcud olan silahlı qüvvələrə, xüsusən də ABŞ əsgərlərinin böyük say üstünlüyünə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri deyilmişdir. ABŞ-dan başqa digər bu işə köməklik etmiş olan ölkələrin əsgərlərinin İraqda davam edən şiddətli zorakılıqlar və müharibə əleyhinə öz dövlətlərindəki hərəkatların intensivliyinə görə yalnız hərbi düşərgələrdə xidmət etdikləri və İraq Müqavimətinə qarşı müharibədə fəal iştirak etmədikləri müşahidə edilmişdir.

Missiyaları Çoxmillətli qüvvələrin missiyasının tərifini ABŞ-ın o zamankı dövlət katibi olmuş Kolin Pauel 2004-cü ilin iyununda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına göndərdiyi məktubunda belə izah etmişdir:

İşğal dövründə baş vermiş olan hadisələr Çoxmillətli Qüvvələrin işğalı altında olan İraqda hazırlanmış olan yeni konstitusiyada fikir, ifadə, din və cəmləşmə azadlığı, mülkiyyət hüququ və qanun qarşısında hamının bərabərliyi tanınmışdır. İşğal İraqında birinci parlament seçkiləri 2005-ci ilin dekabr ayında keçirilmişdir.

2006-cı ilin noyabr ayında isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Çoxmillətli Qüvvələrin İraqda qalma müddətinin 2007-ci ilin sonuna qədər uzadılması haqqında qərar qəbul etmişdir. Bu qərarın qəbul edilməsində İraq hökumətinin tələbi əsas kimi qəbul edilmiş və buna səbəb kimi İraq hökumətinin nəzarəti təmin etmək üçün hələ ki, kifayət qədər silahlı qüvvələrinin olmaması göstərilmişdir. 2007-ci ilin dekabr ayında qəbul edilmiş olan yeni qərarla onun səlahiyyət müddəti yenidən 2008-ci ilin sonuna qədər uzadılmışdır.

Missiyalarının başa çatması və İraqı tərk etmələri 2008-ci ilin dekabr ayında İraq və ABŞ hökumətləri arasında aparılmış olan danışıqların nəticəsində 2011-ci ilin sonuna qədər yalnız ABŞ əsgərlərinin ölkədə qalmasına icazə verilmişdir. Bundan başqa, 2008-ci ilin dekabr ayından etibarən İraq hökuməti özünün hava məkanı üzərində suverenliyini yenidən bərpa etmiş və cinayət törətmiş ABŞ hərbi və ya mülki personalı və eyni zamanda da xüsusi təhlükəsizlik qüvvələri İraq məhkəmələrində mühakimə olunmağa başlamışdırlar. ABŞ silahlı qüvvələri 31 iyul 2009-cu il tarixindən etibarən İraq şəhərlərindən geri çəkilməyə başlamışdırlar. Bu qanunu təsdiq etməyən İraq parlamenti buna səbəb kimi problemin qanunla deyil, müvafiq dövlətlərlə və eyni zamanda da beynəlxalq müqavilələrlə həll edilməli olduğunu bildirmiş və bu istiqamətdə öz iradəsini nümayiş etdirmişdir. Çoxmillətli Qüvvələr 2009-cu ilin əvvəlindən etibarən öz vəzifələrini ABŞ Silahlı Qüvvələrinə buraxmış və ləğv edilmişdir.

Ölkələrinə görə əsgərlərin sayı right|thumb|Bağdadda Gürcüstanın Milli Müstəqillik Gününü qeyd edən gürcü əsgərləri (26 may 2006-cı il) ÖlkəMaksimum əsgər sayıGəlmə tarixiGetmə tarixi (işğalda iştirak edib)150.000–250.000Mart 2003İraqda hələ də qalanların sayı təxmini olaraq 40,000–140,000 arasındadır. (işğalda iştirak edib)46.000Mart 2003İyul 2009 (işğalda iştirak edib)2500Mart 2003Oktyabr 2008 (işğalda iştirak edib)2000Mart 2003İyul 2009 (işğalda iştirak edib)2200Mart 200320113600May 2003Dekabr 20083200İyul 2003Noyabr 20062000Avqust 2003Avqust 20081650Avqust 2003Dekabr 20081,345İyul 2003Mart 20051300Aprel 2003Aprel 2004730İyul 2003İyul 2009600Yanvar 2004Dekabr 2008545Aprel 2003Dekabr 2008485May 2003Dekabr 2008423Avqust 2003Avqust 2004380Avqust 2003Yanvar 2009368Avqust 2003May 2004302Avqust 2003May 2004300Avqust 2003Mart 2005300Dekabr 2003Dekabr 2008250Avqust 2003Dekabr 2008240Aprel 2003Dekabr 2008230Sentyabr 2003Fevral 2004180Avqust 2003Sentyabr 2008175Dekabr 2003Dekabr 2008150İyul 2003Avqust 2006136May 2003Noyabr 2008128Noyabr 2003Fevral 2005120İyun 2003Avqust 2007110Avqust 2003Dekabr 200785İyun 2005Noyabr 200877İyul 2003Noyabr 2008Sentyabr 2003Sentyabr 200455İyul 2004Dekabr 200851İyul 2003İyul 200446Yanvar 2005Oktyabr 200840İyun 2005Yanvar 200929Sentyabr 2003Oktyabr 200824Sentyabr 2003Dekabr 20082May 2003Məlum deyildir

İtkilər right|thumb|İraqda həyatını itirmiş olan amerikalı əsgərlər təyyarə ilə öz ölkələrinə gətirilərkən

2010-cu ilin iyul ayına olan məlumatlara əsasən, çoxmillətli qüvvələrin 4731 əsgəri İraqda həyatını itirmişdir. Həmçinin həmin saytda yer almış digər məlumata görə 2010-cu ilin iyul ayına qədər bu koalisiyanın tərkibində iştirak edən 31.882 ABŞ əsgəri yaralanmışdır. + Koalisiyanın itkiləri ÖlkəÖlənlərin sayıİstinad(lar) 4,486 179 33 23 18 13 11 7 5 5 4 3 3 2 2 2 2 1 1 1 1 1

Reaksiyalar right|thumb|2002-ci ilin oktyabr ayında Fransada təşkil edilmiş olan müharibə əleyhinə nümayiş

right|thumb|2003-cü ilin fevral ayında Londonda təşkil edilmiş olan müharibə əleyhinə yürüş

İspaniya İraq müharibəsindən əvvəl və sonra ABŞ prezidenti Corc Buşun ən böyük dəstəkçilərindən biri olan İspaniyanın baş naziri Xose Mariya Aznar rəqibi, İspaniya Sosialist Fəhlə Partiyası PSOE-nin namizədi Xose Luis Rodriges Zapateroya 2004-cü ildə keçirilmiş olan ümumi seçkilərdə uduzmuşdur. Yeni baş nazir seçki vədini yerinə yetirmiş və ispan qoşunlarını İraqdan çıxarmışdır. İspaniyanın hər yerində keçirilmiş olan gərgin anti-müharibə nümayişləri sol mərkəzçi PSOE-nin bu hərəkətinə böyük təsir göstərmişdir.

Yaponiya Baş nazir Junichiro Koizumi tərəfindən konstitusiyaya dəyişiklik edilərək qəbul edilmiş olan və xüsusilə Yapon ictimaiyyətində böyük əks-səda yaratmış bu qərar, hökumətin yapon əsgərlərinin yalnız yenidənqurma prosesində iştirak edəcəyi yönündə izahat verməsinə səbəb olmuşdur. Ölkələrinə qayıtmaq üçün İraq müqaviməti tərəfindən xüsusi təzyiqlərə məruz qalmış yapon əsgərləri 2006-cı ildə İraqdan geri çəkilmişdirlər.

Fransa-Almaniya-Rusiya İkinci Dünya Müharibəsindən sonra silahlı qüvvələrinə ciddi məhdudiyyətlər qoymuş olan Almaniya Sovet İttifaqının dağılması ilə ərazi bütövlüyünü bərpa etmiş və bundan sonra müxtəlif beynəlxalq missiyalar üçün xaricə əsgər göndərməyə başlamışdır. Lakin buna baxmayaraq Almaniya, İraqın işğalına qarşı çıxmışdır. Fransa və Rusiya da işğal cəhdlərini pisləmiş və Almaniya ilə birlikdə bir bəyannamə vermişdirlər.

Polşa-Avstraliya-Gürcüstan Xüsusilə Buş administrasiyasına yaxınlığı ilə seçilmiş Polşa prezidenti Lex Kaçinski və Avstraliyanın baş naziri Con Hovard öz qərarları ilə İraqa edilən ilk hücumlarda iştirak etmişdirlər. ABŞ-ın dəstəklədiyi müxalifət hərəkatı ilə hakimiyyət başına gəlmiş olan Gürcüstan prezidenti Mixail Saakaşvili isə İraqın işğalını əhəmiyyətli bir qüvvə ilə dəstəkləmişdir. Bu ölkələrin xarici siyasət kursunda ABŞ tərəfdarı olmaları onların İraq müharibəsində iştirakında həlledici rol oynamışdır. Polşa bütün qoşunlarını 2008-ci ildə, Avstraliya 2009-cu ildə, Gürcüstan isə 2008-ci ildəki Cənubi Osetiya müharibəsinə görə qoşunlarının hamısını İraqdan çıxarmalı olmuşdur.Gürcü birlikler ABD Hava Kuvvetleri tarafından ülkelerine götürülmüştür ABD Hava Kuvvetleri haberi , 22 iyul 2010 tarixində arxivlənmişdir

İstinadlar Kateqoriya:İraqda müharibə Kateqoriya:Beynəlxalq təşkilatlar