Narvik(Naviddin) Zagidinoviç Sirxayev (; 16 mart 1974, Orta-Stal, Dağıstan MSSR, RSFSR, SSRİ) — ləzgi əsilli SSRİ, Rusiya və Azərbaycan futbolçusu, yarımmüdafiəçi.
Həyatı Narvik Sirxayev 1996-1999-cu illərdə Azərbaycan milli futbol komandasının heyətində 17 oyun keçirib və 1 qol vurub. Karyerası ərzində Mahaçqalanın "Dinamo", "Anji", həmçinin digər Rusiya klubları "Terek", "Torpedo-Metallurq" və "Lokomotiv"də oynayan Sırxayev "dəmiryolçular"ın heyətində çempionat (2002) və Superkubokun (2003) qalibi olub.
Azərbaycan milli komandasının sabiq futbolçusu Narvik Sırxayev 2009-cu ildə məşqçilik fəaliyyətinə başlayıb. 35 yaşlı veteran futbolçunun çalışdırıcı kimi ilk iş yeri Moskva "Lokomotiv"i olub. Sırxayev Rusiya çempionatının ikinci divizionun Qərb zonasında çıxış edən "Lokomotiv-2" komandasında baş məşqçi Yevgeni Xarlaçovun köməkçisi təyin edilib.
2008-ci ilin birinci yarısında Bakının "Olimpik" klubunda çıxış edən Sırxayev o vaxtdan Ali Məşqçilər Məktəbinin tələbəsidir.
Xarici keçidlər Azərbaycan yığmasının futbolçusu "Lokomotiv"də!
Həmçinin bax
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan ləzgiləri Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Lokomotiv Moskva FK futbolçuları Kateqoriya:Rusiya futbol məşqçiləri Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Anji Mahaçqala FK futbolçuları Kateqoriya:Axmat FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular