Duayt Eversli York (; 3 noyabr 1971, Kanaan, Trinidad və Tobaqo) — Trinidad və Tobaqo futbolçusu.
Həyatı Duayt York 3 noyabr 1971-ci ildə anadan olmuşdur.
Karyera Yorkun futbolçu karyerasında ən böyük uğurları 1998–2002-ci illərdə oynadığı Mançester Yunayted komanda (151 görüşdə 64 qol) ilə bağlıdır. Belə ki, o, Mançester Yunayted ilə ÇL-nin qalibi olmaqla yanaşı, üç dəfə ölkə çempionluğunu qazanıb. Duayt İngiltərədə həmçinin "Aston Villa", "Blekbörn", "Birmingem", "Sanderlend" klublarında oynayıb.
Son vaxtlar Avstraliyanın "Sidney" klubunda çıxış edən York uzun müddət şərəfini qoruduğu milli komandasının lideri sayılırdı. 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının final mərhələsində iştirak edən Trinidad və Tobaqoda Duayt milli qəhrəman hesab olunur.
2009-cu ildə - 37 yaşında karyerasını bitirib.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Trinidad və Tobaqo futbolçuları Kateqoriya:Mançester Yunayted FK futbolçuları Kateqoriya:Aston Villa FK futbolçuları Kateqoriya:Bləkbörn Rovers FK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Birinci Diviziya/Premyer Liqa bombardirləri Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının bombardirləri Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri