Daniya Nurqayazovna Nurullina (; ) — Sovet və rus tatar teatr xadimi, aktrisa. Tatarıstan Respublikasının xalq artisti (1991), Tatarıstan Respublikasının əməkdar artisti (1981). Rusiya Federasiyasının əməkdar artisti (2010), Tatarıstan Respublikasının Qabdulla Tukay adına Dövlət Mükafatı laureatı (2021). Həyatı Daniya Nurqayazovna Nurullina 23 avqust 1946-cı ildə Kazanda anadan olub. Onun Əsl adı Fidanyadır. O, fəhlə ailəsində səkkizinci uşaq olub. Daniya 13 yaşında anasını itirib, atası Böyük Vətən müharibəsi veteranı idi və uşaqlarını tək böyüdüb.

Daniya Nurullina uşaqlıqdan mədəniyyət ocaqlarında müxtəlif dərnəklərə gedib, orada rəqs və gimnastika ilə məşğul olub. Məktəbin 9-cu sinfini bitirdikdən sonra ikinci dəfə Kazan Teatr Məktəbinə daxil olub. Orada P.İsanbet, R.Bikçantayev, N.Qaynullin ilə birlikdə təhsil alıb. 1966-cı ildə texnikumu bitirdikdən sonra Tatarıstan Akademik Teatrının (sonralar - Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrı) truppasına qəbul olunub.

Səhnə fəaliyyəti 280px|thumb|right|Tukay Mükafatının təqdimatı. Dövlət mükafatını Musa Cəlil adına Tatar Opera və Balet Teatrının səhnəsində Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnexanov Daniya Nurullinaya şəxsən təqdim edir, 2021-ci il Daniya Nurullina özünə səhnə adı kimi Danya Nurlunu seçib. İlk rolu N.İsanbetin pyesi əsasında hazırlanmış “Mirkay və Aysilu” tamaşasında Aysulu olub. O, temperamentli, kəskin iradəli, çox yönlü, parlaq və psixoloji cəhətdən orijinal aktrisa kimi tanınıb. Teatrda xidmətinin əvvəlində o, xarakterik detallar və texnikanın köməyi ilə, habelə aktrisanın təbii cazibəsi sayəsində mahiyyəti səhnədə aydın şəkildə açılan bir sıra gənc qəhrəmanların obrazlarını yaradıb. Sonradan o, parlaq komediya istedadını və kəskin satirik xarakter qabiliyyətini kəşf edərək müasir dramaturgiya sahəsində teatr repertuarından yaşa bağlı rollara keçib. İşıqlı, yanan gözləri və gülərüz, mehriban siması ilə seçilən Danya rollarını həyat eşqi, duyğuların dolğunluğu istəyi, müxtəlif həyat şəraitlərində həm səhnədə, həm də ondan kənarda müsbət münasibətini qoruyub saxlamaqla doldurur. Tənqidçilərin fikrincə, aktrisanın aktyorluq üslubu transformasiya ustalığı və bütövlük, təbiilik, sənətsizlik, kortəbiilik və balansla birləşən psixoloji dəqiqlik ilə xarakterizə olunur. Emosionallıq baxımından bir-birinə zidd olan rolların yaradılmasında istifadə olunan müxtəlif tiplərin və səhnə rənglərinin müxtəlifliyinin xüsusiyyətləri aktrisanın yaradıcılıq diapazonunun genişliyindən xəbər verir.

Daniya Nurullina bir neçə il müxtəlif ədəbi tədbirlərdə Syuyumbike rolunu oynayıb. Yaradıcılıq gecələrində və konsertlərdə tatar şair və yazıçılarının şeir və hekayələri ilə oxucu kimi çıxış edib. Xüsusən də 30 ildən artıq Tatarıstan teleradio şirkətinin “Gənclik radio dalğasında” radio proqramında aparıcılıq edir. 2016-cı ildə “Həyat bir an" ("Gömərəm Ağışlar”) adlı xatirələr kitabını nəşr etdirib. 2021-ci ildə bir sıra səhnə obrazlarına Tatarıstan Respublikasının Qabdulla Tukay adına Dövlət Mükafatını alıb..

Əsas rolları Asiya Xayrullina karyerası boyu səhnədə müxtəlif rolları ifa edib. Onun aktrisa kimi səhnə repertuarı çox zəngindir. Bu rollar arasında bunları göstərmək olar: Şəfəq (“Ay tutulması gecəsi” Mustay Kərim), Maymuna (“M.Əmir “Minnikamal”), Dilfüzə (“Bağışla məni, ana!”, R.Batulla), Gerpina (“Gergerinin kürəkənləri”), Daniya (“İlgizar+Vera”), Fanisə (“Divan”), Sajidə (“Əlvida!”), Saira (“Biz adamlar”), Gülfinə (“Ninni”), Hənifə (“Vəsvəsə”), Xədiçə ("Altı gəlin, bir bəy", Tufan Minnullin), Mürşidə ("Və mən yuxu gördüm" Z. Hakim), Lusiya (“Basketbolçu” M. Gilyazov), Çaçak (“Qul Əli” N.Fəttah), Zəmzambanu (“Axınlar” Tazi Qizzat), Nailə (“Məğlubiyyətlər vasitəsilə” D.Valeyev) , Sajidə (“Kazan dəsmalı” "), Mərfüqə ("Mavi şal", Kərim Tinçurin), Faziyə ("Tatarın taleyi", Alimcan İbrahimov), Gülbanu ("Xoca Nəsrətdin"), Aysilu ( “Mirkay və Aysılu”), Məstura (“Portfelli bəy”, Nəqi İsənbət), Ulduz (“Toydan əvvəl”, H.Vaxit), Xanşa (“Taqir-Zuxra”, Fəthi Burnaş), Səlimə (“Ana gəldi” Ş. Xüsainov), Qarı (“Sən onu sevirsən, sevmirsən”), Səlimə ("Evləndim” Florid Buləkov), Muxlisa Bubi (“Ölməz məhəbbət” R.Zeydulla), Kuktorsun (“İskala” Çingiz Aytmatov), ​​Avdotya Vasilyevna (“O parlayır, amma isitmir” A.Ostrovski), İrina (“Üçüncü acınacaqlı vəziyyət”, N. Poqodin), Varya (“Bir gecə” B.Qorbatov), ​​Sonya (“Enerjili insanlar”, Vasili Şukşin), Smeraldina (“Maral kralı”, C.Gozzi), Kate ("Qadın dedi-qoduları" Karlo Qoldoni).

Şəxsi həyatı Həyat yoldaşı - Fərit İşmorat, dramaturq R. İşmoratın oğlu. Vəfat edib. Qızı Aisylu İşmorat,, anasının ilk rolunun adını daşıyıb. Qızı uşaq ikən Q.Kamal Teatrında tamaşalarda çıxış edib. O, 2011-ci ildə avtomobil qəzasında həlak olub. Aynur adlı qızı qalıb. Mükafatları Fəxri adları Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti (1981). Tatarıstan MSSR xalq artisti (1991). Rusiya Federasiyasının əməkdar artisti (2010). Mükafatı Tatarıstan Respublikasının Qabdulla Tukay adına Dövlət Mükafatı laureatı (2021) — səhnədə parlaq qadın obrazlarının yaradılmasına görə. Musa Cəlil adına Tatar Opera və Balet Teatrının səhnəsində Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnexanov tərəfindən təqdim edilib. "Təntənə" mükafatı (2015) - F.Bulyakovun pyesi əsasında hazırlanmış “Sevirsən, sevmirsən” tamaşasında yaşlı qadın roluna görə.. Medalları “Rəşadətli əməyə görə” medalı (2016) - teatr sənətinin inkişafındakı böyük xidmətlərinə və uzun illər yaradıcılıq fəaliyyətinə görə. Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin "Mənəvi birliyə görə" medalı (2017).

Əsəri

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Rusiya teatr aktrisaları Kateqoriya:XXI əsr aktrisaları