Cozef Stalin ( , ; ) — Şri-Lanka həmkarlar ittifaqı üzvü. 2022-ci ildən etibarən Seylon Müəllimlər İttifaqının baş katibi vəzifəsini icra edir. O, Şri-Lankada təhsilin militarizasiyasına qarşı kampaniyalara rəhbərlik etmişdir.

Həyatı Cozef Stalin 1960-cı illərdə Seylon Kommunist Partiyasının (Pekin qanadı) fəalının ailəsində anadan olmuşdur. Sovet lideri İosif Stalinin adını daşıyır.

O, 2020-ci ildə Şri-Lanka hökumətinin məktəbləri COVID-19 təcrid mərkəzlərinə çevirmək hərəkətlərinə qarşı çıxmışdır. Həmin ilin sonunda Təhsil Nazirliyində Baş Direktor – İdman vəzifəsinin yaradılmasının əleyhinə çıxış edərək hökumətin "qeyri-ixtisaslı insanları yüksək vəzifələrə təyin etməklə təhsil sistemini sarsıtmağa cəhd etdiyini" bildirmişdir.

2021-ci ilin iyul ayında Milli Müdafiə Universiteti qanun layihəsinin Şri-Lankada universitetləri militarizasiya ediləcəyi ilə bağlı narahatlıqlarını ifadə edərək ona etirazlarını bildirdikdən sonra digər on nümayişçi ilə birlikdə polis tərəfindən həbs edilmişdir. İki həftəlik həbsdən sonra sərbəst buraxılmışdır.

İstinadlar

Kateqoriya:Şri-Lanka siyasətçiləri