Elşad Ərşadoğlu - ELsevƏR (Elşad Ərşad oğlu Əliyev; 29 iyul 1986, Yağlıvənd, Füzuli rayonu) — Azərbaycan şairi, kino ssenaristi, rejissoru, və redaktoru. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü.
Həyatı Elşad Ərşadoğlu 29 iyul 1986-cı ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub.Nəriman Əbdülrəhmanlı. Azərbaycan kino sənəti tarixi. 4 cilddə. IV cild. Bakı: Qanun, 2020 — səh. 700. Orta məktəbi 1993-cü ildən məcburi köçkün kimi məskunlaşdığı İsmayıllı rayonunun Quşencə (Zoğallıq) kəndində bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində 2004–2008-ci illərdə bakalavr, 2009–2011-ci illərdə magistr təhsili alıb. 2008–2009-cu illərdə həqiqi hərbi xidmətdə olub.
1998-ci ildə bədii yaradıcılığa başlamış, 2002-ci ildə "İnam yolu" qəzetində ilk şeiri çap olunduğu vaxtdan "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədəbiyyat", "525-ci qəzet", "Ədalət" və digər qəzet, jurnal və almanaxlarda, ədəbiyyat internet portallarında şeirləri ilə müntəzəm şəkildə çıxış edir. Şeirləri italyan, rus, özbək dillərinə və Türkiyə türkcəsinə tərcümə olunaraq İtaliyada, Rusiyada, Özbəkistanda və Türkiyədə çap olunub.
Bədii yaradıcılıqla yanaşı elmi fəaliyyətlə də məşğul olmuş, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid kimi klassiklərin yaradıcılığı haqqında yazdığı məqalələri müxtəlif elmi jurnallarda nəşr olunmuşdur.
2008–2010-cu illərdə M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında fəaliyyət göstərmiş, Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi tərəfindən yaradılan Gənc Ədiblər Məktəbinin məzunu olunmuşdur.
2014-cü ildən eyni zamanda kino yaradıcılığı ilə də məşğuldur, 9 bədii, sənədli və animasiya filmində, "Mozalan" kinojurnalının 4 nömrəsində redaktor, ssenari müəllifi və rejissor kimi fəaliyyət göstərib.
Ssenari müəllifi və quruluşçu rejissoru olduğu "Açar" qısametrajlı bədii filmi "Oskar" və BAFTA-ya birbaşa vəsiqə qazandıran nüfuzlu beynəlxalq kino festivallarında, o cümlədən Niderland"Rakurs" rüblük informasiya bülleteni. 2022, № 1 (yanvar-mart). Bakı: AKİ, 2022 — səh. 35., Böyük Britaniya"Rakurs" rüblük informasiya bülleteni. 2022, № 4 (oktyabr-dekabr). Bakı: AKİ, 2022 — səh. 58., Fransa, İtaliya, Bolqarıstan, İsveç"Rakurs" rüblük informasiya bülleteni. 2022, № 3 (iyul-sentyabr). Bakı: AKİ, 2022 — səh. 50., Rumıniya, Şimali Makedoniya, Türkiyə, Hindistan"Rakurs" rüblük informasiya bülleteni. 2022, № 2 (aprel-iyun). Bakı: AKİ, 2022 — səh. 56. kimi ölkələrdə keçirilən 20-dən artıq festivalda iştirak edərək, müxtəlif mükafatlara layiq görülüb. “Oscar” və “Emmi” mükafatlı prodüser Colin Laviolanın rəhbərlik etdiyi, ABŞ-nin qısametrajlı filmlərin distribusiyası üzrə ixtisaslaşmış nüfuzlu "7 Palms Entertainment" şirkəti tərəfindən 2023-cü ildə “Açar” filminin beynəlxalq yayım hüquqları alınıb. İlk dəfə ABŞ şirkəti tərəfindən Azərbaycan filminin distribusiyası həyata keçirilərək “Bolt+” (İngiltərə), “rlaxx TV” (Almaniya), “VlDAA SA” (Niderland), “Weyyak TV” (BƏƏ) kimi məşhur onlayn televiziyalara filmin yayımı ilə əlaqədar lisenziyalar verilib.
2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2014-cü ildən isə Birliyin İdarə Heyətinin üzvüdür. 2014–2019-cu illərdə Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri olmuşdur. 2012-ci ildən Mədəniyyət Nazirliyində çalışır.
Mükafatları 2011 — Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2013 — Gənclər və İdman Nazirliyinin "Gənclər Mükafatı" (ədəbiyyat sahəsindəki xidmətlərinə görə) 2023 — "Dövlət qulluğunda fərqlənməyə görə" medalı
Kitabları "Yarsan mənim ürəyimi…". Bakı: "Azərnəşr", 2007; "Kələfin ucu". Bakı: "Elm və Təhsil", 2010; "Eşqə doğru". Bakı: OL, 2014.
Filmoqrafiya Qafqaza qayıdış (film, 2013) — redaktor Gəlin, birgə öyrənək. Rənglər (film, 2014) — mahnı mətninin müəllifi Xəlvətdə qalmış müdrik (film, 2014) — redaktor Qara bağ (film, 2015) — redaktor Gəlin, birgə öyrənək. Rəqəmlər (film, 2015) — mahnı mətninin müəllifi Növbə (Mozalan № 196, 2016) — ssenari müəllifi Taksi (Mozalan № 196, 2016) — ssenari müəllifi Gediş haqqı (Mozalan № 197, 2016) — ssenari müəllifi Evin yıxılsın, MMC (Mozalan № 197, 2016) — ssenari müəllifi Avtoportret (film, 2017) — kadrarxası mətnin müəllifi Canavar ovu (film, 2017) — redaktor Dönüş (film, 2018) — ssenari müəllifi Soraq (film, 2019) — ssenari müəllifi Açar (film, 2022) — rejissor, ssenari müəllifi İşığa doğru (film, 2024) — rejissor, ssenari müəllifi İşıq (film, 2026) — rejissor, ssenari müəllifi
İstinadlar
Xarici keçidlər "Bütün yazdıqlarımda mən varam, sevgimdən bir zərrə var"
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Füzuli rayonunda doğulanlar