Alisa Abqari (; ) — erməniəsilli Livan pedaqoqu, ərəb ölkələrində skautluğun banisi."Ծագումով հայ են", Արծվի Բախչինյան, Երևան, 1993, էջ 14.
Həyatı Alisa Abqari 1886-cı ildə Beyrutda erməni yazıçısı Yühənnas Abqari və ərəbəsilli Afife Qanavatın ailəsində anadan olmuşdur. 1891–1899-cu illərdə Beyrut Alman Məktəbində oxumuşdur. Ərəb, fransız, ingilis və alman dillərini mükəmməl bilirdi. 1900–1912-ci illərdə Qahirədə, 1912–1914-cü illərdə İngiltərədə yaşamışdır. Livanda skaut qrupları yaratmış, qızların bədən tərbiyəsi məsələləri ilə məşğul olmuşdur. 1917-ci ildə Ali İslam Məktəbini, Dəməşqdə Ərəb Məktəbini, Tripolidə Rum Ortodoks Qadın Məktəbini qurmuşdur. 1923-cü ildə Livan və Suriyanın baş skaut qubernatoru təyin edilmişdir."Ծագումով հայ են", Արծվի Բախչինյան, Երևան, 1993, էջ 14.
Yaradıcılığı Alisa Abqari ingilis dilində skautluğa dair geniş əsər yazmışdır. Onlar ərəb dilinə tərcümə edilmişdir."Ծագումով հայ են", Արծվի Բախչինյան, Երևան, 1993, էջ 14.
Mükafatları "Qız bələdçi polkovnik və skaut kapitanı" titulunu almış, xidmətlərinə görə Livanda orden ilə təltif edilmişdir."Ծագումով հայ են", Արծվի Բախչինյան, Երևան, 1993, էջ 14.
İstinadlar
Kateqoriya:Erməniəsilli livanlılar