Aydın Ələkbəroğlu Abdullayev (1946, Şuşa, — 1995, Bakı) — Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı, yazıçı, tərcüməçi, 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı
Həyatı Aydın Ələkbəroğlu 1946-cı ildə Şuşada anadan olmuşdur. Əslən Qubadlının Eyvazlı kəndindədir. Bakıda 44 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinin ərəb bölməsində təhsil almışdır (1964–1970). Misirdə (1967) və Yəməndə (1970–1972) tərcüməçi işləmişdir. 1974-cü ildən ömrünün sonunadək Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsində çalışmışdır. 1990–1995-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olmuşdur.
Yaradıcılığı Ədəbi yaradıcılığa 1966-cı ildə "Göyərçin" jurnalında dərc etdirdiyi "Təəccüblənmə, Elxan" adlı uşaqlar üçün yazılmış hekayə ilə başlamışdır. Bundan sonra dövri mətbuatda tez-tez maraqlı əsərlərilə çıxış edən müəllif oxuculara "Nübar" (1980), "Dağlar o dağlar deyil" (1984), "Gərək belə olmayaydı" (1988) və b. kitablarını təqdim etmişdir.
Bədii tərcümələri Yazıçı bədii tərcümə ilə də məşğul olmuş, Şərq ədəbiyyatından nümunələri dilimizə tərcümə etmişdir. Tərcümələri sırasında dünya ədəbiyyatından nümunələr də var:
"Dünya uşaq ədəbiyyatı" seriyasından Qrim qardaşlarının nağılları, Pivovarovun "Üç minus və ya 5a sinfində əhvalat" povesti, Yanuş Korçakın "Kral Birinci Matiuş" əsəri, Saya Kazisin "Taxta başmaqlar" hekayələr toplusu, Stendalın məşhur "Qırmızı və qara" romanı.
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları