Dinosaur Game (həmçinin Chrome Dino kimi də bilinir) — "Google" tərəfindən yaradılmış və "Google Chrome" veb-brauzerində quraşdırılmış brauzer oyunu. Oyunçu yönləndirdiyi tirannozavrı soldan sağa qaçırdaraq hərəkət etdirir və daha yüksək nəticə qazanmaq üçün maneələri aşır. Oyun 2014-cü ildə "Chrome UX" komandasının üzvləri tərəfindən yaradılmışdır.
Geympley thumb|left|300px|Oyunda gecə qrafikası İstifadəçi oflayn olduğu vaxt "Google Chrome"da veb-səhifəyə daxil olmağa cəhd etdikdə, brauzer istifadəçiyə internetə qoşulmaması barədə məlumat verir və səhifədə pikselləşdirilmiş tirannozavr təsvir olunur. Oyun və ya düymələrinə basmaqla masaüstündə, "Android" və "iOS" mobil əməliyyat sistemlərində dinozavrın üzərində toxunmaqla başladıla bilər. Əlavə olaraq, brauzerin axtarış çubuğuna chrome://dino və ya chrome://network-error/-106 keçidlərini daxil edərək oyuna girmək olar.
Oyun zamanı dinozavr dayanmadan ağ-qara səhra mənzərəsi boyunca soldan sağa hərəkət edir, oyunçu hoppanaraq kaktuslardan və ya əyilərək pterozavr kimi qarşıdan gələn maneələrdən qaçmağa çalışır. , düymələrini basaraq yaxud mobil cihazlarda dinozavra basmaq vasitəsilə dinozavrın hoppanmasına, düyməsinə basmaqla isə əyilməsinə nail olunur. Oyun irəllədikcə, yaxud oyunçu dinozavrı hər hansı bir maneəyə vurana qədər oyunun sürəti yavaş-yavaş çoxalır və oyunun başa çatma ehtimalı getdikcə artır.
Oyunçu təxmini 700 xala çatdıqdan sonra oyun ağ fonda tünd qrafikadan qara fonda boz qrafikaya keçir, gündüzdən gecəyə keçişi təmsil edir, gündüz səma qrafikası da gecə səma qrafikinə çevrilir. Oyunun teması daha sonra oyun irəlilədikcə dəyişir. Oyun hadisəsi zamanı tirannozavrın nəslinin kəsilməsindən əvvəl nə qədər vaxt mövcud olduğuna istinad edərək, təxminən 17 milyon illik oynanma vaxtından sonra maksimum xala çatılacaq şəkildə tərtib edilmişdir.
Əgər şəbəkə administratoru oyunu deaktiv edərsə, oyunu oynamağa cəhd edərkən oyunçu dinozavra doğru gələn meteor toplarını görəcək.
İnkişaf etdirmə thumb|350px|Oyunçu bir kaktusa girdikdən sonra oyun bitər və yenidən başlat düyməsi Oyun 2014-cü ildə Sebastiyan Qabriyel, Alan Bettes və Edvard Cunqdan ibarət "Chrome UX" komandasının üzvləri tərəfindən yaradıldı. Qabriyel "Lonely T-Rex" () adlı oyunçu personajını dizayn etdi. Təkmilləşdirmə zamanı oyuna "T. Rex" qrupunun solisti Mark Bolana istinad edilərək "Project Bolan" kod adı verildi. Tərtibatçılar dinozavrı oyunun funksiyasına ona görə seçiblər ki, bu zarafat internet bağlantısının olmaması "tarixdən əvvəlki dövrlərdə" yaşamağa bərabərdir deməkdir. Oyun 2014-cü ilin sentyabrında buraxıldı, əvvəlcə köhnə cihazlarda işləmədi, buna görə də kod eyni ilin dekabrında yeniləndi və yenidən buraxıldı. Pterozavrlar 2015-ci ildə brauzer yeniləməsi ilə maneə kimi əlavə edildi.
2018-ci ilin sentyabrında "Chrome"un 10-cu və oyunun 4-cü ad gününü qeyd etmək münasibətilə oyuna bir pasxa yumurtası əlavə edildi, səhrada bir doğum günü tortu peyda oldu və əgər tortun "yeyildiyi" halda "Lonely T-Rex"də doğum günü papağı göründü. Həmin ilin noyabr ayında "Google" oyunçunun yüksək xalını qeydə almaq üçün bir funksiya əlavə etdi. Oyunun mənbə kodu "Chromium" saytında mövcuddur.
2021-ci ildə "Google" mart ayında "iOS 14" üçün oyunçuları chrome://dino bağlantısına yönləndirən vidgeti təqdim etdi; oxşar bir vidgeti həmin ilin sonunda Android üçün də təqdim etdi. İyul ayında 2020 Yay Olimpiya Oyunları üçün müxtəlif olimpiya fəaliyyətlərini simulyasiya edən olimpiya məşəli pasxa yumurtası əlavə olundu. Məşələ çatdığında dino üzgüçülük, qaçış və bir çox fərqli Olimpiya oyunları ilə qarşılaşır. Adi kaktuslar və pterozavr maneələri yerinə artıq Olimpiyada ilə əlaqəli çətinliklərlə qarşılaşır.
2024-cü ildə "Google I/O" tədbirində generativ süni intellektə sahib versiyası təqdim olundu. Oyunlarda generativ süni intellektin istifadəsinə nümunə olaraq, oyunçulara oyun üçün əvvəlcədən hazırlanmış əşyalar hədiyyə edilmişdir.
Qəbulu Oyun yaradıcıların 2018-ci ilin sentyabrında ayda təxminən 270 milyon oynandığını bildirməsi ilə geniş miqyasda tanındı.
Populyar mədəniyyətdə thumb|255px|right|Oyundakı personaja aid dinozavr heykəli, Güləkərək, Ermənistan.
2021-ci ilin iyulunda xeyriyyə təşkilatının köməyi ilə gənclər tərəfindən Ermənistanın Loru rayonunun Güləkərək kəndində oyun personajı dinozavra aid heykəl yaradılmışdır.
Oyuna "Simpsonlar"ın 34-cü mövsümünün premyerası "Habeas Tortoise"ın "couch gag" açılış kadrında göndərmə edilir.
Əlaqəli media 2020-ci ilin mayında "Microsoft Edge" yenilənməsi oyunçuların əngəllərdən qaçmağa və gücləndiricilər toplamağa çalışan bir sörfçünü idarə etdiyi "Surf" oyununu əlavə etdi. "Dinosaur Game" kimi, brauzer oflayn ikən bir xəta səhifəsindən oyuna daxil olmaq mümkündür. Oyun personajı fərdiləşdirməyə və müxtəlif idarəetmə sxemlərinin istifadəsinə imkan verir.
2020-ci ilin avqustunda "MSCHF" və "100 Thieves" şirkətləri "Dino Swords" adlı oyunun kiçik bir silah arsenalından və zamanı yavaşladan həbblərdən ibarət modifikasiya edilmiş bir versiyasını yaratmaq üçün ortaqlıq qurdular, yanlış idarə olunduqda silahlar əks nəticə verə və dinozavra zərər verə bilər.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Dinosaur Game oyununun onlayn versiyası
Kateqoriya:2014-cü ilin videooyunları Kateqoriya:Döyüş videooyunları Kateqoriya:Dinozavrlar haqqında videooyunlar Kateqoriya:Pasxa yumurtası (virtual) Kateqoriya:Sonsuz qaçış oyunları Kateqoriya:Google Chrome Kateqoriya:Google Chrome oyunları Kateqoriya:Monoxrom videooyunlar Kateqoriya:ABŞ videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:Birnəfərli videooyunlar