Çiçəkli — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

Toponimikası Çiçəkli oyk., düz. Gədəbəy r-nunun İnəkboğan i.ə.v.-də kənd. Haçaqaya dağının ətəyindədir. Kəndin əhalisi keçmişdə Fındıqlı kəndi yaxınlığında Arıtəpə adlı yerdə yaşamış, XIX əsrin əvvəllərində isə Anqıran çayının sahilində yerləşən indiki əraziyə köçmüşdür. Kənd çayın adı ilə Arıqıran adlandırılmışdır. Yaşayış məntəqəsinin ilk sakinləri keçmiş Qazax qəzasından, Ermənistanın Qaraqoyunlu, Gəncə qəzasının Qarasaqqal kəndlərindən köçüb gələnlər olmuşdur. 1991-ci ildən rəmzi olaraq Çiçəkli adlandırılmışdır; Sabirabad r-nunun Muğan Gəncəli i.ə.v.-də kənd. Muğan düzündədir. Keçmiş adı Çullu olmuşdur. Yaşayış məntəqəsinin adı guya yaxşı səslənmədiyinə görə dəyişdirilmişdir. Rəmzi məna daşıyır. Gəncə-Qazax düzənliyindədir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 122 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Göygöl rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Göygöl rayonunun ləğv olunmuş kəndləri