Səfəvi imperiyasının sədrlərinin siyahısı - I Şah İsmayıl öz dövlət təşkilatında ondan əvvəl bölgədə hakim olan Teymuri, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən ilham almış, onların dövlət təşkilatı və divan sisteminə bənzər bir təşkilat yaratmışdır. Sədr vəzifəsi də Səfəvilərin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən irsən mənimsədikləri əyalət bürokratiyası vəzifələrindən biridir. Ümumiyyətlə Səfəvi dövlətində ruhanilər böyük ayətullah, hüccətül-islam, qazı və müftidən, ibarət olub, mülki və şəri təhqiqatla onlar məşğul olurdular. Ayətullaha müctəhid-e əzəm (hökm vermək, qərar çıxarmaq hüququna malik olan ən nüfuzlu və böyük fəqih), yəni sədr deyirdilər. Bu söz isə ərəbcə olub, bədənin yuxarısı mənasını ifadə edir ki, biz bədənin bu hissəsinə qəlb deyirik. Ancaq ayrılıqda, daha doğrusu, ali rütbə, yüksək məqam və bir istilah kimi «sədrneşin», yəni sədr yerini tutan, yaxud məcazi mənada ən yüksək fəzada, göylərin yeddinci qatında qərar tutan «sidr» ağası kimi, ya da məclisdə başda oturan mənasını anladır. Sədr dini idarəyə rəhbərlik edir, antifeodal bidətçi hərəkatların qarşısının alınması kökünün kəsilməsi, habelə hər yerdə şiəliyin mövqelərinin yayılması, möhkəmlənməsi üçün məsuliyyət daşıyırdı. İsgəndər bəy Münşi “Tarix-i Aləmara-yi Abbasi” əsərində Səfəvilər dövründə sədrin aşağıdakı vəzifələrini göstərirdi:"Onlar seyidlərə və əmmaməlilərə himayə göstərməli və onların işlərində nümayəndələr kimi fəaliyyət göstərməlidirlər (yəni onların mənafeyini müdafiə etməlidirlər); vəqfləri (övqaf) idarə etməli və şəriət məqsədləri (məarif) üçün pul verməlidirlər. Oqtay Əfəndiyev Səfəvi dövlətində sədr vəzifəsinin öhdəliklərinə belə izah verir:
“Sədr - funksiyası dövlətin dini siyasətinin həyata keçirilməsinə başçılıq etməkdən ibarət olan yüksək saray vəzifəsi.” Səfəvilər dövründə ilk sədr Mövlana Şəmsəddin Lahici (Gilani) olmuşdur.
Siyahı Səfəvi imperiyasında sədr vəzifəsini icra etmiş şəxslərin siyahısı aşağıdakı kimidir
Şah İsmayıl dövründə (1501-1524-cü il) sədr vəzifəsini icra edənlər +AdıSəlahiyyətlərinin başlanğıcıSəlahiyyətlərinin sonuQadı Mövlana Şəmsəddin GilaniH.906 / M. 1501-ci ilH.915 / M.1510-cu ilQadı Məhəmməd KaşiH.909 / M.1503-cü ilH.915 / M.1510-cu ilMir Seyid Şərif ŞiraziH.915 / M.1510-cu ilH.917 / M.1512-ci ilMir Əbdülbaqi Yəzdi H.917 / M.1512-ci ilH.919 / M.1514-cü ilMir Seyid Şərif ŞiraziH.919 / M.1513-cü ilH.920 / M.1514-cü ilMir Cəmaləddin Məhəmməd AstrabadiH.920 / M.1514-cü ilH.930 / M.1524-cü il
Şah Təhmasib dövründə (1524-1576-cı il) sədr vəzifəsini icra edənlər AdıSəlahiyyətlərinin başlanğıcıSəlahiyyətlərinin sonuMir Cəmaləddin Məhəmməd AstrabadiH.931 / M. 1525-ci ilH.934 / M.1528-ci ilMir Qıvaməddin Hüseyni İsfahaniH.931 / M.1525-ci ilH.936 / M.1530-cu ilƏmir Nemətullah HilliH.935 / M.1529-cu ilH.937 / M.1531-ci ilMir Qiyasəddin Məhəmməd MənsurH.936 / M.1530-ci ilH.938 / M.1532-ci ilMir Muizəddin Məhəmməd İsfahaniH.938 / M.1532-ci ilH.944 / M.1538-ci ilMir Şəmsəddin Əsədullah Şustəri MərəşiH.944 / M.1538-ci ilH.963 / M.1556-cı ilŞah Təqiəddin Məhəmməd İsfahaniH.964 / M.1557-ci ilH.970 / M.1563-cı ilƏmir Məhəmməd Yusif Astrabadi Mir Qiyasəddin Məhəmməd YusifH.970 / M.1563-cı ilH.975 / M.1568-cı ilMir Miran Mir Qiyasəddin MəhəmmədH.975 / M.1568-cı ilH.985 / M.1577-ci il
Şah II İsmayıl dövründə (1576-1577-ci il) sədr vəzifəsini icra edənlər AdıSəlahiyyətlərinin başlanğıcıSəlahiyyətlərinin sonuŞah İnayətullah Nəqib İsfahaniH.984 / M.1576-cı ilH.985 / M.1577-ci ilMirzə Mahdum ŞərifiH.985 / M.1577-ci ilH.985 / M.1577-ci il
Şah Məhəmməd Xudabəndə dövründə (1577-1587-ci il) sədr vəzifəsini icra edənlər AdıSəlahiyyətlərinin başlanğıcıSəlahiyyətlərinin sonuMir Şəmsəddin Məhəmməd Kirmani H.986 / M.1577-cı ilH.993 / M.1585-ci ilMir Tacəddin MahmudH.986 / M.1577-cı ilH.993 / M.1585-ci ilMir Əbuvəli ƏncəviH.986 / M.1577-cı ilH.996 / M.1587-ci il
Şah I Abbas dövründə (1587-1629-cu il) sədr vəzifəsini icra edənlər AdıSəlahiyyətlərinin başlanğıcıSəlahiyyətlərinin sonuMir Əbuvəli Əncəvi H.996 / M.1587-cı ilH.1015 / M.1607-ci ilƏmir Cəmaləddin Məhəmməd Sədr-i Xassə Mir Muizəddin Məhəmməd Sədr-i AmməH.1015 / M.1607-cı il H.1016 / M. 1607-1608H.993 / M.1585-ci il H. 1022 / M.1614-cü ilMirzə Razi Sədr-i XassəH.1017 / M.1608-ci ilH.1020 / M.1611-ci ilQadı Sultan Türbəti Sədr-i XassəH.1026 / M.1617-ci ilH.1026 / M.1617-ci ilMirzə Rəfiəddin Məhəmməd Xəlifə Sədr H.1017 / M.1608-ci ilH.1034 / M.1625-ci ilMir Sədrəddin Məhəmməd Sədr-i XassəH.1016 / M. 1607-1608H.1017 / M.1608-ci ilMir Rəfiəddin Sədr-i MəmalikH.1026 / M.1617-ci ilH.1038 / M.1629-cu il
Şah Səfi dövründə (1629-1642-ci il) sədr vəzifəsini icra edənlər AdıSəlahiyyətlərinin başlanğıcıSəlahiyyətlərinin sonuMirzə Rəfii ŞəhristaniH.1038 / M.1629-cu ilH.1042 / M.1633-cü ilMirzə Həbibullah SədrH.1042 / M.1633-cü ilH.1052 / M.1642-cu il
Şah II Abbas dövründə (1642-1666-cı il) sədr vəzifəsini icra edənlər AdıSəlahiyyətlərinin başlanğıcıSəlahiyyətlərinin sonuMirzə Həbibullah SədrH.1052 / M.1642-cu ilH.1064 / M.1654-cü ilMirzə Mehdi SədrH.1063 / M.1654-cü ilH.1081 / M.1671-ci ilMirzə Qıvaməddin Məhəmməd SədrH.1072 / M. 1661-ci ilH.1075 / M.1664-cü il
Şah Süleyman dövründə (1666-1694-cü il) sədr vəzifəsini icra edənlər AdıSəlahiyyətlərinin başlanğıcıSəlahiyyətlərinin sonuMirzə Əbu Talib Rəzəvi Sədr-i Xassə Mirzə Əbu Saleh Rəzəvi Sədr-i AmməH.1077 / M.1667-cü il H.1077 / M.1667-cü ilH.1095 / M.1685-ci il H.1092 / M.1681-ci ilSeyid Əli xan Mirzə Nəcəf xan Sədr-i AmməH.1093 / M.1682-ci il H.1093 / M.1682-ci ilH.1095 / M.1685-ci il H.1104 / M.1694-cü il
Şah Sultan Hüseyn dövründə (1694-1722-ci il) sədr vəzifəsini icra edənlər AdıSəlahiyyətlərinin başlanğıcıSəlahiyyətlərinin sonuSeyid Əli xanH.1104 / M.1694-cü ilH.1104 / M.1694-cü ilSeyid Mirzə Bakir HüseynH.1104 / M.1694-cü ilH.1134 / M.1722-cü ilMir Seyid Murtaza Əli Xəlifə SultanH.1134 / M.1722-ci ilH.1135 / M.1723-cü ilMirzə Məhəmməd MukimH.1134 / M.1722-ci ilH.1136 / M.1724-cü il
İstinadlar
Mənbə
Əlavə ədəbiyyat
Kateqoriya:Səfəvilər imperiyasının dövlət quruluşu