Konfederasiya dövrü () — ABŞ İstiqlal müharibəsindən sonra və ABŞ Konstitusiyasının ratifikasiyasından əvvəl 1780-ci illərdə ABŞ tarixinin dövrü. ABŞ 1781-ci ildə Konfederasiya məqalələrini ratifikasiya etmiş və ABŞ İstiqlal müharibəsində ingilis və amerikan qüvvələri arasındakı sonuncu döyüş olan Yorktaunun mühasirəsində qalib gəlmişdi. ABŞ-nin müstəqilliyi 1783-cü ildə imzalanan Paris sülh müqaviləsi ilə rəsmiləşdi. Yeni qurulmuş ABŞ mərkəzi hökumətin və vahid siyasi mədəniyyətin olmaması daxil bir sıra problemlərlə qarşılaşdı. Bu dövr 1789-cu ildə yeni federal hökumət quran ABŞ Konstitusiyasının ratifikasiyasından sonra başa çatdı.

İstinadlar

Kateqoriya:ABŞ-nin siyasi tarixi Kateqoriya:1780-ci illərdə ABŞ Kateqoriya:ABŞ tarixinin dövrləri Kateqoriya:ABŞ-nin iqtisadi tarixi Kateqoriya:Yerli amerikalıların tarixi