Göyçə gölü və ya Sevan gölü() — Cənubi Qafqazda ən iri şirin sulu göl.
Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisi) başlıca gölləri, qərbdə Göyçə gölü və şərqdə indiki Azərbaycan Respublikasının ərazisindəki Kəpəz dağının ətəyində yerləşən Göygöldür. Gölün şimal-qərbində mövcud olmuş ada suyun enməsi nəticəsində yarımadaya çevrilmişdir (Göyçə yarımadası).
Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km2-dir. Göyçə gölü alabalıqları (forel balığı) ilə məşhurdur.
Tarixi və coğrafi əhəmiyyəti Göyçə gölü Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində yerləşən, Cənubi Qafqazın ən böyük şirin sulu gölüdür. Göl təqribən 1900 metr dəniz səviyyəsindən yuxarıda yerləşir və sahəsi 1400km²-ə çatır. Arpaçay Göyçə gölünün əsas qida mənbəyi sayılır.
Göl, vulkanik və tektonik mənşəli olmaqla regionun ən böyük içməli su mənbələrindən biridir. Onun maksimal dərinliyi 83 metr, orta dərinliyi isə təxminən 27 metr təşkil edir.
Göyçə gölünün sahil uzunluğu təqribən 260 kilometrdir. Gölün suyu şirin və təmizdir, su şəffaflığı 15–20 metrə qədərdir. Dərin və geniş olması, füsunkar təbiət mənzərəsi, sualtı faunası və flora zənginliyi onu Qafqazın "göy incisi" adlandırmağa əsas verir.
Şəkillər
Həmçinin bax Zəngibasar mahalı
İstinadlar
Xarici keçidlər Ən Qədim Zamanlardan İslam Dininin Qəbuluna Qədərki Dövrdə Azərbaycan Dövlətçiliyi Azərbaycan Tarixi Haqqında Ümumi Məlimat http://azerbaijan.tourism.az/?/az/topmenu_content/634/
Kateqoriya:Ermənistan gölləri Kateqoriya:Göyçə mahalı Kateqoriya:Ermənistan qoruqları Kateqoriya:Dağ gölləri Kateqoriya:Torpaq sürüşməsi gölləri Kateqoriya:Arazın hövzəsi Kateqoriya:Geğarkunik mərzi