The Tortured Poets Department () — ABŞ musiqiçisi Teylor Sviftin sayca on birinci studio albomudur. 19 aprel 2024-cü ildə Republic Records tərəfindən yayımlanmış albomun prodüsserliyi Teylor Svift, Cek Antonoff, Aaron Dessner və Patrik Berger tərəfindən edilmişdir. 4 fevral 2024-cü ildə ənənvi Qremmi mükafatı təqdim edilmə mərasimi zamanı "Midnights" adlı (2022) onuncu albomu ilə "Ən yaxşı Pop Vokal Albomu" kateqoriyasında qalib gələn Svift, çıxışı zamanı yeni albomunu elan etmişdir.
İstinadlar
Kateqoriya:2024-cü ilin musiqi albomları Kateqoriya:Republic Records albomları Kateqoriya:Teylor Svift