Tomas Vudro Vilson (; ) — Amerika Birləşmiş Ştatlarının 28-ci prezidenti (1913–1921). 1919-cu il Nobel Sülh Mükafatı laureatı. ABŞ tarixində elmlər doktoru elmi dərəcəsinə malik olan yeganə prezidentdir.
Həyatı 6 aprel 1917-ci ildə Vudro Vilson ABŞ-nin Birinci Dünya müharibəsinə qatılması barədə qərar verdi. Konqresə müraciətində o, "Bütün müharibələrə son qoymaq məqsədilə müharibəyə başlamağa" çağırırdı.
8 yanvar 1918-ci ildə o Konqresdəki çıxışında müharibədən sonrakı dünyanın yenidən qurulmasını, daimi sülhün təmin edilməsini nəzərdə tutan və "14 bənd" adı ilə məşhur olan tezislərini irəli sürdü. Müharibədən sonra bu tezislərdə irəli sürülən ideyalardan yalnız 5-i, o cümlədən Millətlər Cəmiyyətinin qurulması fikri həyata keçirildi.
28 may 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd edib.
Ermənistanın Türkiyəyə ərazi iddiaları ABŞ prezidenti Vudro Vilsonun hamiliyi ilə güclü surətdə dəstəklənirdi. V.Vilson Ermənistan üzərində ABŞ-nin mandatını rəsmiləşdirmək üçün Senata müraciət etmişdi. Lakin 1920-ci il iyunun 1-də ABŞ Senatı 23 səs lehinə, 52 səslə əleyhinə olmaqla prezidentin arzusunu rədd etdi.
Düşüncələri Vilsonun düşüncələrinə görə insan haqları "Böyük Ermənistan və ermənilərin xilası"ndan ibarət idi. Sevr müqaviləsinin VI bölməsinin 89-cu maddəsinə görə Ərzurum, Trapezund, Van, Bitlis Ermənistana verilirdi. Onun sərhədlərini Vilson təyin edəcəkdi. Lakin elə bu vaxt müzəffər türk ordusu bir-birinin ardınca öz ərazilərini güclü hamisi olan düşmənin tapdağından azad edir və məkrli planın reallaşmaq ehtimalını puça çıxarırdı. V. Vilsonun qərarı ilə yaradılmalı olan süni "Müstəqil Ermənistan" iki həftəyə süqut etdi.
Həmçinin bax Vudro Vilsonun 14 maddəsi İstinadlar
Kateqoriya:ABŞ prezidentləri Kateqoriya:ABŞ siyasətçiləri Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1916) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1912) Kateqoriya:ABŞ presviterianları Kateqoriya:Dei Linçei Akademiyasının üzvləri Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:ABŞ-də liberalizm Kateqoriya:Federal Ehtiyat Sistemi Kateqoriya:Prinston Universitetinin müəllimləri Kateqoriya:XIX əsr ABŞ şəxsləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Birinci Dünya müharibəsi