Aysun Seydiyeva () — azərbaycanlı keçmiş peşəkar qadın futbolçu. 2 qat Azərbaycan çempionu, 2014-2015 Azərbaycan Yüksək Qızlar Liqasının ən yaxşı futbolçusu, 2023-2024 sezonu 77 qolla Azərbaycan Yüksək Qızlar Liqasının bombardiri. Azərbaycan Yüksək Qızlar Liqasında çlxış edən "Neftçi" klubunun, həmçinin Azərbaycanın A milli komanndasının keçmiş kapitanı. Amin Seydiyevin yoldaşı. Aysun Seydiyeva 2026-cı ildə futbol karyerasını başa çatdırdı.

İlk illəri Aysun Seydiyevanın futbola marağı uşaq yaşlarından etibarən yarandı. O, artıq 13 yaşında "Neftçi" klubunda futbolun sirlərini öyrənməyə başladı.

Peşəkar Karyerası Peşəkar karyerasına 2010-cu ildə "Səbail" klubunda başladı. Orda 6 il çıxış etdikdən sonra,https://offsideplus.az/maraqli/m%C3%BCsahib%C9%99/52284-aysun-seydiyeva-h%C9%99m-q%C4%B1zlar,-h%C9%99m-d%C9%99-o%C4%9Flanlar-%C3%BC%C3%A7%C3%BCn-u%C5%9Faq-futbol-m%C9%99kt%C9%99bl%C9%99ri-olmal%C4%B1d%C4%B1r-m%C3%BCsahi%CC%87b%C9%99 Türkiyənin "1207 Antalyaspor Döşəməaltı" klubunda çıxış edib.

2017-ci ildə "Samsun Yabancılar Pazarı" kıubunda çıxış edib. Bir il sonra yəni 2018-ci ildə Sumqayıtın "Uğur" klubunda çıxış edib, Azərbaycan Yüksək Liqasının çempionu olub. 2019-cu ildə legioner həyatında Qazaxıstanda davam edib. "Okjetpes" klubu ilə 6 aylıq müqavilə bağladı. 2019-cu ilin digər yarısında isə, yenidən Türkiyəyə qayıdaraq "Fatih Vatanspor" klubunda çıxış edib. 2020/2021 futbol mövsümündə Rusiyanın "Rubin Kazan" klubunda çıxış edib. 2020-ci ildən Amin Seydiyev ilə evləndi.

2021-ci ildə legioner həyatına Türkiyədə davam edərək "Ankara Büyükşehir Belediyesi" klubunda çıxış etdi. 2021-ci ilin digər yarısında "Çaykur Rizespor" klubunda çıxış edib.

Aysun Seydiyeva Türkiyədə çıxış etdiyi müddətcə 53 oyuna 6 qolla yadda qalmışdır.

2022/2023-cü il futbol mövsümündə, karyerasına fasilə verdi.

2023/2024-cü il mövsümündə Neftçi klubunda çıxış edirdi. Daha sonra karyerasını dayandırdığını açıqladı.

Milli Karyerası 2010-cu ildə Azərbaycan U15 millisində, 2011/2012-ci il futbol mövsümündə U17 liqasında, 2018/2019-cu illərdə U19 və daha sonra isə 2020-ci ildən A Millidə çıxış edir

2020-ci ildə Azərbaycan millisinin kapitanı idi.https://offsideplus.az/az%C9%99rbaycan/milli-komandalar/56928-aysun-seydiyeva-millid%C9%99n-niy%C9%99-k%C9%99narda-qal%C4%B1b-a%C3%A7iqlama

Oyunların Xronologiyası Tarix Hadisə Dəqiqə Rəqib Yekun Hesab 11.06.2021 Qol 66 Gürcüstan2–3 23.02.2021 Qol 50 Moldova1–0ÜmumiQol:2

Uğurları Uğur frameless|16x16px Azərbaycan Yüksək Qızlar Liqası: Çempion (1): (2018/2019) Neftçi FK frameless|16x16px Azərbaycan Yüksək Qızlar Liqası: Çempion (1): (2023/2024)

Şəxsi Nailiyyətləri frameless|16x16px Azərbaycan Yüksək Qızlar Liqası: Bombardir '(2023/2024) (77 qol)

frameless|16x16px Azərbaycan Yüksək Qızlar Liqası: Ən yaxşı futbolçu (2014/2015)

Həmçinin bax Manə Mollayeva Azərbaycan Yüksək Qızlar Liqası Aytac Şərifova

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın futbolçuları Kateqoriya:Neftçi PFK (qadın) futbolçuları Kateqoriya:Azərbaycanın qadınlardan ibarət milli futbol komandası futbolçuları Kateqoriya:Qadın futbol yarımmüdafiəçiləri Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Okjetpes (qadın) futbolçuları