Con Malkaz David Şalikaşvili (; ; ) — 1992-1993-cü illərdə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı, 1993-1997-ci illərdə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin 13-cü sədri vəzifəsində çalışmış ABŞ generalı. O, Varşavada mühacirətdə olan gürcü zabit Dimitri Şalikaşvili və onun polşalı həyat yoldaşı Mariya Rüdiqer-Belyayevanın ailəsində anadan olub. 1996-cı ildə Hərbi Dənizçilik Kollecinin Məzunlar arasında Görkəmli Liderlik Mükafatının ilk laureatı olmuşdur.
Şalikaşvili ABŞ-də anadan olmayan ilk və hələ ki yeganə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsi sədridir. O, taqımdan diviziyaya qədər hər bir bölmə komandanlığında xidmət etmişdir. 2011-ci ildə, 75 yaşında olarkən vəfat edib. Həyatı Şalikaşvili orta əsr gürcü zadəgan ailəsi Şalikaşvili nəslindəndir. Atası Şahzadə Dimitri Şalikaşvili (1896-1978) Gürcaanidə anadan olub və Rusiya İmperator Ordusunda xidmət edib. O, rus generalı Dmitri Staroselskinin nəvəsidir.
Bolşevik inqilabından sonra Dimitri Gürcüstan Demokratik Respublikası ordusunda polkovnik-leytenant rütbəsinə yüksəlib. Sovet İttifaqı 1921-ci ildə Gürcüstana hücum edib işğal edəndə Dimitri Türkiyədə diplomatik xidmətdə idi. Dimitri daha sonra Polşadakı digər gürcü mühacirlərə qoşuldu və burada polyak və qismən alman əsilli olan, keçmiş çar ordusu generalı Rüdiqer-Belyayevin qızı Mariya ilə tanış oldu və onunla evləndi. Onların üç övladı, Otar, Con və Geyl oldu. Dimitri burada Polşa Ordusunda (digər gürcü mühacirlər ilə birlikdə) müqaviləli zabit kimi xidmət edib. İstinadlar
Xarici keçidlər
Shalikashvili calls for rethinking 'don't ask, don't tell' Andrew Marble, "In Memoriam: How General John Shalikashvili 'Paid It Forward' to 500,000 Others," Joint Forces Quarterly 63 (October 2011), 4–5. The Life and Legacy of Gen. John M. Shalikashvili, Q&A with Shali biographer Andrew Marble (August 2011)
Arlington National Cemetery
Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Polşadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Vyetnam müharibəsi iştirakçıları Kateqoriya:Gürcüstan zadəganlığı