Saba Sazonov (, ) — Gürcüstanlı futbolçu. İtaliyanın Torino klubunun və Gürcüstan milli komandasının müdafiəçisi.
Bioqrafiya 1 fevral 2002-ci ildə anadan olub. Atası Andrey Sazonov rus, anası Nino Nişnianidze gürcüdür. Anası əslən Gürcüstanın Samtredia şəhərindəndir və Gürcüstanda peşəkar voleybol oynayıb. Daha sonra Sankt-Peterburqa köçür və orada Andrey ilə tanış olur. Saba Sazonov Rusiyanın Sankt-Peterburq şəhərində anadan olur.
Karyera
Klub Saba 6 yaşında qardaşı Davidlə (bir yaş kiçik), Zenit klubunun futbol məktəbi olan "Smena" fubol məktəbinə getməyə başlayır, onların burda ilk məşqçisi Vladimir Vilde olur.
1 mart 2019-cu ildə Ural komandası ilə oyunda "Zenit"in gənclər komandasında debüt edir.
16 avqust 2019-cu ildə "Zenit"in əvəzedici heyətində ilk oyununu keçirir.
16 may 2021-ci ildə "Tambov" klubuyla səfər matçında (5:1), "Zenit"in əsas heyətində meydana çıxaraq, Rusiya çempionatında debüt edir.
2021-ci ilin iyun ayında Moskvanın Dinamo klubuna baxışa çağrılır. Təlim-məşq toplanışında bir neçə yoldaşlıq oyunu keçirir. 9 iyul 2021-ci ildə "Dinamo Moskva" ilə 3 illik müqavilə imzalayır. "Dinamo"nun heyətində o, Rusiya çempionatında 34 matçda meydana çıxır və 1 qol vurur. Futbolçu 5 dəfə Rusiya çempionatıənda turun rəmzi komandasına daxil edilr. Futbolçu həmçinin Rusiya Futbol Kubokunun 10 matçında iştirak edir.
2023-cü ilin 31 avqustunda o, İtaliyanın Torino klubuna keçir.
Milli komanda 2022-ci ilin sentyabrında o, Gürcüstan millisində oynamağa qərar verir. 2022-ci ilin sentyabrında Sazonov 21 yaşadək futbolçulardan ibarət Gürcüstan milli komandasına çağırılır.
O, 17 noyabr 2022-ci ildə Mərakeşə 3:0 hesabı ilə uduzduqları yoldaşlıq oyununda Gürcüstanın əsas milli komandasının heyətində debüt edir.
Şəxsi həyatı "Sankt-Peterburq Dövlət Nəqliyyat Universiteti"nin, İqtisadiyyat və İdarəetmə fakültəsinin, istiqamət-tətbiqi psixologiya ixtisası üzrə məzunudur.
Karyera statistikası
+Klub, mövsüm və liqalara görə oyun və qol sayıKlubMövsümLiqaKlubokBeynəlxalqToplamDvizionOyunQolOyunQolOyunQolOyunQolZenit-22019–20Rusiya İkinci Liqası60––602020–21Rusiya İkinci Liqası183––183Toplam2430000243Zenit2020–21Rusiya Premyer Liqası10000010Dinamo M-22021–22Rusiya İkinci Liqası92––92Dinamo Moskva2021–22Rusiya Premyer Liqası6000–602022–23Rusiya Premyer Liqası24160–3012023–24Rusiya Premyer Liqası4010–50Toplam3417000411Torino2023–24A Seriyası12000–120Cəmi8067000876
Uğurları
"Zenit" (Sankt-Peterburq) Rusiya çempionu : 2020/21
"Dinamo Moskva" Rusiya çempionatının bürünc mükafatçısı : 2021/22 CIES Football Observatory tərəfindən, 2022-ci il üçün Bütün dünya üzrə U21 istedadları siyahısına, ən perspektivli mərkəz müdafiəçiləri arasında 7 nömrə kimi daxil edilmişdir.
Gürcüstan Futbol Federasiyası (Gürcüstan) Ən Yaxşı Gənc Oyunçu 2023
İstinadlar
Kateqoriya:Torino FK futbolçuları Kateqoriya:Dinamo Moskva FK futbolçuları Kateqoriya:Zenit Sankt-Peterburq FK futbolçuları Kateqoriya:Gürcüstan milli futbol komandasının oyunçuları Kateqoriya:Gürcüstan futbolçuları Kateqoriya:Rusiya futbolçuları Kateqoriya:Sankt-Peterburqda doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:2002-ci ildə doğulanlar Kateqoriya:1 fevralda doğulanlar Kateqoriya:Gürcüstanın kişi futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Empoli FK futbolçuları Kateqoriya:Rusiya Peşəkar Futbol Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Futbol mərkəz müdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular