Müqəddəs Nikolay qalası (, ) — Şibenik (Mərkəzi Dalmatiya, Xorvatiya) yaxınlığında, Müqəddəs Antoni kanalının girişində yerləşən qala.

Qala 2017-ci ildən, XVI-XVII əsrlərə aid Venesiya müdafiə strukturlarının bir hissəsi kimi YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilmişdir. Qala iki illik bərpa işlərindən sonra 2019-cu ilin iyul ayından turistlərin ziyarətinə açılıb. Tarixi thumb|left|XVI əsrin əvvəllərinə aid miniatür Şibenikin əsas istehkamlarını: Müqəddəs Nikolay, Müqəddəs Mixail, Müqəddəs İohann və Baron qalaları təşkil edirdi. Digər üç qaladan fərqli olaraq Müqəddəs Nikolay qalası dənizdə (limanın girişində) dənizdə yerləşirdi. Sadalan digər qalalar quruda idi. Qala Lulevatz () adasındakı Müqəddəs Antoni kanalının sol tərəfində, Yadrija çimərliyində mayakla üzbəüz Şibenik kanalının girişində yerləşirdi. Qala, əvvəllər adada yerləşən, lakin sonradan sökülən Benedikt monastırının şərəfinə adlandırılmışdır. Şibenikin xorvat sakinlərinin xahişi ilə Venesiya kapitanı Alvise Kanal 30 aprel 1525-ci ildə Lulevatz adasında qala tikmək qərarına gəldi. Qalanın memarı Mikeli Sanmikelinin qardaşı oğlu Con Cirolamo Sanmikeli () idi. Qala, həmçinin Osmanlı imperiyası gəmilərinin Şibenik limanına soxulmasının qarşısını almaq məqsədilə də tikilmişdi. Qalanın arsenalı 32 silahdan ibarət idi. Ancaq qalanın görünüşün özü düşmən üçün silahlardan daha çox qorxuducu idi.

Memarlığı thumb|left|Müqəddəs Nikolay qalası Şibenik xəritəsində. XVI əsr Qala Dalmatiyadakı istehkamların qiymətli nümunələrindən birini təmsil edir. Bünövrəsi əhəngdaşından hörülmüş qala, top güllələrinə digərlərindən daha möhkəm tab gətirə bilən kərpicdən tikilmişdir. Qalanın müdafiə qabiliyyəti hərbi əməliyyatlar zamanı sınaqdan keçirilməsə də, dənizdən hücumlar zamanı şəhərə böyük köməklik göstərirdi. Keçən əsrlər ərzində burada əsasən silah-sursatın saxlandığı müxtəlif qarnizonlar var idi. 1979-cu ildə Yuqoslaviya Xalq Ordusu nəhayət qalanın xidmətlərindən imtina etdi. Bununlada qalanın yenidən qurulması və təmirinə başlanıldı.

Qeydlər Aralıq dənizində iki oxşar qala var. Onlardan biri Malta adasındadır, digəri isə Venesiyada yerləşən Forte di Sant'Andrea adlı qaladır.

Qalereya

İstinadlar

Xarici keçidlər

Müqəddəs Antoni kanalının rəsmi saytı Müqəddəs Nikolay qalasını Google İncəsənət və Mədəniyyət üzrə YUNESKO kolleksiyasında kəşf edin Kateqoriya:1547-ci ildə yarananlar Kateqoriya:Xorvatiya qəsrləri Kateqoriya:Xorvatiyadakı ümumdünya irsi