Yenikənd (ərazisi 1958-ci ilədək iki ayrı Hüseynbəyli və Qarakilsə kəndlərindən ibarət olub) — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimika Kənd Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Yenikənd kəndi keçmiş Hüseynbəyli və Qarakilsə kəndlərinin birləşdirilməsi ilə əmələ gəlmişdi və yeni yaşayış məntəqəsi 1958-ci ildən Yenikənd adlandırılmışdı.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

İstinadlar

Kateqoriya:Zəngilan rayonunun kəndləri