Daina Skadmane (; ) — Latviya rəssamı. Riqa şəhərinin Zolitude rayonunda Maxima supermarketinin çökməsi zamanı atası Yanis Skadmanis ilə birlikdə faciəvi şəkildə həlak olub.Subbota.com Золитуде. Год спустя… // subbota.com — 21.11.2014. Həyatı Daina Skadmane 1990-cı il martın 19-da Riqa şəhərində Zinta və Yanis Skadmanislərin ailəsində anadan olub. Ondan başqa ailədə daha dörd uşaq var idi: Anda (əkiz bacı), Ruta, Maya və qardaşı Markis-Lioris. Dainanın nənəsi Mirdza Skadmane peşəkar toxucu, nənəsi İnta Burka peşəkar dəri rəssamı, babası Konrads Burka isə rəssam, zərgər və bədii zərgərlik ustası olub.Mixnews.lv Глава палаты потерял в трагедии отца и сестру // mixnews.lv/ru — 24.11.2013.
Daina Skadmane Skandinaviya Gimnaziyasının, Yanis Rozentals adına Kiçik İncəsənət Məktəbinin və Riqa Sənətkarlıq Orta Məktəbinin şagirdi olub. 2012-ci ildən Skadmane Latviya Rəssamlıq Akademiyasının 2-ci kursunda ətraf mühit sənətini öyrənməyə başlayıb. 2011-ci ildə sertifikatını aldığı London Beynəlxalq Təhsil Cəmiyyətində əlavə təhsil alıb. Daina hələ Latviya Rəssamlıq Akademiyasının tələbəsi olarkən əsərləri dünyanın müxtəlif yerlərində sərgilərə göndərilirdi.ПЛН, Псков Ёлка Пскова и европейских городов: сравниваем // pskov.ru — 12.12.2013.
21 noyabr 2013-cü ildə Daina atası Yanis Skadmanis ilə birlikdə Riqanın Zolitu istiqamətində Maxima supermarketinin çökməsi nəticəsində həlak olub. Hər ikisi Riqadakı Meşə qəbiristanlığında dəfn olunub.
Bədii yaradıcılığı Daina Skadmane əkiz bacısı ilə birlikdə 5 yaşından rəssamlıq təhsili almağa başlayıb. Onlar əsərləri ilə müxtəlif beynəlxalq rəsm müsabiqələrində iştirak ediblər. Əkiz bacıların ən əhəmiyyətli birgə layihələrindən biri 14 yaşında Riqa Beynəlxalq Hava Limanında baş tutan "Əkizlərin debütü" adlı ilk fərdi sərgisi olub. O, həmçinin bir neçə fərdi sərginin müəllifi olub. Daina Skadmanenin 2003-cü ildə çəkdiyi "Skyline Christmas" adlı rəsm əsəri Kornuoll hersoginyası Kamillanın şəxsi kolleksiyasına daxil edilərək Böyük Britaniyaya gətirilib.
Dainanın Latviya Rəssamlıq Akademiyasında sonuncu yay təcrübəsi (21.05.2013-21.06.2013) Yaunpiebalqa layihəsinin bir hissəsi kimi "Deqradasiya edilmiş mühitin romantikası" əsəri idi. Tələbə yoldaşları ilə birlikdə o, “Kosmosda nəfəs almaq” layihəsini və Yaunpiebalqadakı Rank süd zavodu üçün bir neçə instalyasiya hazırlayıb. Daina Skadmane təhsil təcrübəsi ilə yanaşı, Latviya Milli Teatrında dekorasiyanın tərtibatında və “Notr-Dam Katedrali” tamaşasının premyerasının hazırlanmasında da fəal iştirak edib. O, həmçinin Latviya Milli Operasının səhnə emalatxanasında təcrübə keçib. Latviyada Holokost qurbanlarına ithaf Daina Skadmane 13 yaşında əkiz bacısı ilə birlikdə Skandinaviya gimnaziyasının müəllimi Tamara Zitzere (1947-2014) sayəsində Latviya cəmiyyətinə bənzərsiz bədii fədakarlıq yaratmağa başladı. Riqa gettosunu və onun fəlakət tarixini öyrənən və biliklərini tələbələrinə ötürən müəllimə, bu dəfə onları bu tarixi facənin nəticələrinin fasadlarını bədiiləşdirməyə həvəsləndirdi. Rəsm əsərlərinin əksəriyyəti unikaldır, çünki olar 60-80 yaşı olan kağız üzərində yaradılıb. Bu da onlara Holokostdan əvvəlki dövrə və Latviyadakı Holokost dövrünə yaxınlaşmağa imkan verir.Мая ХАЛТУРИНА, Час День рождения праведника // d-pils.lv — 02.01.2006.
2005-ci ildə hər iki əkiz bacının bədii əsərləri “Riqa Gettosu” sərgisində təqdim olundu.Gorod.lv Рисунки сестер-близнецов Анды и Дайны Скадмане, посвященные теме Холокоста… //gorod.lv — 01.02.2006. Dainanın yaradıcılıq karyerasında ən diqqət çəkən hadisələrdən biri onun məşhur rus sənədli rejissoru Vladimir Molçanovla əməkdaşlığı olub. "Riqa Gettosu"nun melodiyaları () adlı beynəlxalq sənədli filmində rusiyalı rejissor Daina və onun əkiz bacısının işlərini lentə alıb.Alef Magazine «Мелодии Рижского гетто» Владимира Молчанова //alefmagazine.com — 24.06.2007. 2005-ci ildə Riqa Rus Dram Teatrında Yanis Lipkenin xatirəsinə həsr olunmuş rəsm sərgisi keçirilib. 2005-ci ildə Riqa Şəhər Şurasında "Latviyada Holokost qurbanlarına ithaf" əsəri "Riqa Gettosu" təhsil tarixi sərgisində nümayiş edilib.Алла Березовская/ Телеграф Рижском гетто в 1941 году //rus.tvnet.lv — 02.11.2005. Dainanın bir neçə əsərləri və onların nüsxələri ABŞ, İsrail, Çexiya, Rusiya və Almaniyada müxtəlif dünya incəsənət, mədəniyyət və xatirə mərkəzlərində olub. Dainanın iki bədii əsəri rus sənədli film rejissoru Vladimir Molçanovun Rusiyadakı şəxsi kolleksiyasındadır. Əkiz bacıların iki sənət əsəri, “Mənzərə səhnəsi” (2006) və “Rumbele” (2003) dünyaca məşhur Nobel mükafatı laureatı və Holokostdan sağ çıxan, yəhudi əsilli Amerika yazıçısı Eli Vizelin arxivindədir. Həmçinin onun çəkdiyi rəsmlər Boston Universitinin Hovard Qotlib adına Arxiv Tədqiqatları mərkəzində () qorunur. Qeyd edək ki, bu mərkəzdə Bett Deyvis, Cin Kelli, Martin Lüter Kinq, Albert Eynşteyn və s. kimi dünya şöhrətli şəxslərin müxtəlif sənədləri saxlanılır.
“Mən Rumbeledən sağ çıxdım” kitabı üçün rəsm əsəri 2015-ci ildə Daina Skadmane və onun əkiz bacısı Anda tərəfindən çəkilmiş "Latviyadakı Holokostun qurbanlarına ithaf" adlı sənət əsərləri Frida Mişelsonun “Mən Rumbeledən sağ çıxdım” adlı bioqrafik şəhadət kitabına daxil edilib. Kitaba dörd bədii əsər daxildir: Daina Skadmanenin məşhur bədii əsəri “Son baxış”, 1941-ci ildən qalan kağız üzərində çəkilmiş akvarel (2003), “Frida”, qrafika (2004), “Rumbele", 1941-ci ildən qalan kağız üzərində çəkilmiş akvarel (2004) və 1941-ci ildən qalan kağız üzərində çəkilmiş akvarel olan Anda Skadmanenin "Ümidsizlik" bədii əsəri (2004).biblioteka.lv Библиотеки Лудзенского региона // ludza.biblioteka.lv — 01.01.2017.
Küləklər yolkası 6 dekabr 2013-cü ildə “Milad ağaclarının yolu” festivalı çərçivəsində Daina Skadmanenin “Küləklərin yolkası” (“Küləkdəki Milad yolkası”) əsəri Kronvalda parkındakı Konqres Evinin yanında quraşdırılıb.Delfi.ee ФОТО читателя Delfi: Художница погибла под завалами Maxima, а созданная ею рождественская ёлка жива // mixnews.lv/ru — 20.12.2013. Əvvəlcə Dainanın əsərinin Riqa Dəmiryolu Mədəniyyət Sarayının yaxınlığında quraşdırılması planlaşdırılırdı. Lakin baş verən faciəyə görə onu rəssamın təhsil aldığı məktəbinin yaxınlığındakı Kronvalda parkında yerləşdirmək qərara alınıb. Onun yaratdığı instalyasiyanın bu yerdə qoyulması Daina və Zolitude faciəsinin digər qurbanların xatirəsini əbədiləşdirmək üçün seçilib.
Ətraf mühit bütünlüklə Dainanın eskizlərinə uyğun olaraq yaradılıb. "Küləklər yolkası"nı müəllifin seçdiyi şirkət - "Reverb Scenery Production" quraşdırıb.LTV7 На фестивале «Путь рождественской ёлочки» представлена работа погибшей в Золитуде девушки // rus.lsm.lv — 06.12.2013. Küknar ağacı müxtəlif baxış nöqtələrindən fərqli görünür, onun ətrafında gəzərkən, asılmış gümüş topların bir yolka siluetini təşkil etdiyi hiss olunur.Rus.Delfi.lv Фестиваль ёлочек: Работа в память жертв трагедии в Золитуде, сделанная погибшей студенткой // rus.delfi.lv — 16.12.2013. Daina Skadmane qəzada həlak olmamışdan öncə 12 noyabr 2013-cü ildə yaratdığı bu instalyasiya haqda fikirlərini belə ifadə etmişdi: "Bu yolka ağacı insana dünyanı öz çərçivəsindən kənarda görməyə vadar etməlidir, çünki hər şey məntiqə əsaslanmamalıdır. "Küləklər yolkası" dinamikdir, çünki külək kimi ətraf mühit amillərinə məruz qalır və qeyri-maddi hisslər verir”.ПЛН, Псков Ёлка Пскова и европейских городов: сравниваем // pskov.ru — 12.12.2013.
Latviya Prezidenti Andris Berzinş Milad təbrik açıqcasına “Küləklər yolkası” əsərinin eskizini qoymuşdu. Ölkə prezidenti Andris Berzinşin Milad bayramı münasibətilə təbrikləri digər ölkələrin liderlərinə göndərilib.
"Külək yolkası” Milad təbriki 2013-cü il üçün "Teleqraf" qəzetində xarici liderlərin Milad təbriklərinin icmalına daxil edilib.
2014-cü ildə "Zolitude 21.11" cəmiyyətinin müraciətinə cavab olaraq Latviya Poçtu (Latvijas Pasts) Zolitude faciəsinin xatirəsinə həsr olunmuş xüsusi zərf buraxdı. Onun dizaynı 2014-cü ildə həlak olmuş Daina Skadmanenin əsərinin motivi əsasında hazırlanmışdı. Zərfin üzərində "Küləklər yolkası" əks olunub. Xüsusi zərfin və möhürün müəllifi Anda Skadmanedir qeyd edilərək, zərf 800 nüsxə tirajla buraxılıb. Zərfin və möhürün təqdimatı 20 noyabr 2014-cü il tarixində “Sakta” Latviya Poçt Mərkəzində həlak olanların yaxınlarının və qonaqların, həmçinin Latviya Prezidenti Andris Berzinşin iştirakı ilə keçirilib.The Baltic Course Латвийская почта выпустила конверт, посвященный жертвам золитудской трагедии // baltic-course.com — 22.11.2014.BNS, Rus.Delfi.lv Депутаты Сейма почтили память погибших в Золитуде минутой молчания // rus.delfi.lv — 20.11.2014.
İstinadlar
Xarici keçidlər Oficiālā mājas lapa Ieskats dažos Dainas Skadmanes mākslas darbos Piemiņas informācija par Dainu Skadmani, Latvijas Sabiedriskie mediji Piemiņas informācija par Dainas Skadmanes tēvu Jāni Skadmani, Latvijas Sabiedriskie mediji Nekropole.info informācija
Kateqoriya:Qadın rəssamlar