Yekaterina Stefanova Avramova () ― Bolqarıstan siyasətçisi. O, 1945-ci ildə Bolqarıstan Milli Məclisinə seçilən ilk qadınlardan biri olub.
Bioqrafiya Avramova 1907-ci ildə Mokren kəndində anadan olub. O, 1931-ci ildə Bolqarıstan Kommunist Partiyasına (BKP) qoşulmuş və iki il sonra Bolqarıstan İşçi Gənclər İttifaqının mərkəzi komitəsinin üzvü olmuşdur. O, Sofiya Universitetində alman filologiyası ixtisası üzrə təhsil almış, lakin 1934-cü ildə universitetdən qovulmuş və yenidən Mokrenə göndərilmişdir. Avramova 1936-cı ildə BKP-nin mərkəzi komitəsində təlimatçı olub. O, 1941-ci ildə həbs olunub və Qonda-Voda həbs düşərgəsinin qadın bölməsinə göndərilib. Avramova 1943-cü ildə buradan qaçmış, bir il sonra BKP-də işləməyə başlamış və Bolqarıstan Daxili İşlər Nazirliyinin əməkdaşı olmuşdur.
1945-ci ildən 1966-cı ilə qədər BKP mərkəzi komitəsinin üzvü olub. Avramova Bolqarıstanda qadınların iştirak etdiyi ilk parlament seçkiləri olan 1945-ci il parlament seçkilərində namizəd olub və Milli Məclisə seçilib. Beləliklə o, ölkənin parlamentinin ilk qadın üzvlərindən biri olmuşdur.Mart Martin (2000) The Almanac of Women and Minorities in World Politics, pp53–54 Avramova 1946-cı ildə yenidən parlamentə seçilib. O, 1949-cu ildən 1952-ci ilə mərkəzi komitənin xarici şöbəsinin müdiri olub. Avramova 1949 və 1953-cü illərdə yenidən parlamentə deputat seçilmiş, 1955-1957-ci illərdə Mərkəzi Komitənin Təbliğat və Təşviqat şöbəsinə rəhbərlik etmiş, 1957-ci ildən 1996-cı ilə qədər isə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Komitəsinin sədri olmuşdur. O, 1957, 1962 və 1966-cı illərdə yenidən Milli Məclisə deputat seçilmiş, bundan sonra 1971-ci ilə qədər Milli Məclis sədrinin müavini vəzifəsində çalışmışdır. 1971-ci il konstitusiyasının qəbulundan sonra o, Təbii Ətraf Mühitin Mühafizəsi və Bərpası Şurasının katibi vəzifəsinə təyin edilib.
Yekaterian Avramova 1986-cı ildə Sofiyada vəfat etmişdir.Angel Tsurakov (2008) Енциклопедия на правителствата, народните събрания и атентатите в България, p500
İstinadlar
Kateqoriya:Bolqarıstan Milli Məclisinin deputatları Kateqoriya:Bolqarıstanın qadın siyasətçiləri