Əkrəm Cəmilpaşa (; ) və ya Əkrəm Cəmilpaşazadə (; ) — kürd siyasətçisi və zabiti.

Erkən həyatı Əkrəm Cəmilpaşa 22 fevral 1891-ci ildə Osmanlı imperiyasının tərkibində olan Diyarbəkirdə mühüm kürd ailələrindən olan Cəmilpaşazadə ailəsinin nümayəndəsi Qasım bəy və çərkəzəsilli Xeyriyyə xanımın ailəsində anadan olmuşdur. Əkrəm Cəmilpaşa Diyarbəkirdə yerləşən hərbi məktəbdə təhsil almış və təhsilini İstanbulda davam etdirmişdir. Cəmilpaşa 1913-cü ildən atası tərəfindən göndərildiyi İsveçrədə riyaziyyat təhsili almağa nail olmuşdur. Avropadan İstanbula qayıdarkən kürd tələbələr üçün "Hevî" assoasiyasını təsis etmişdir.

Fəaliyyəti Birinci Dünya müharibəsi başlayan zaman Əkrəm Cəmilpaşa Osmanlı imperiyasını müdafiə etməyə çağırılmışdır. Çanaqqala cəbhəsində artilleriya sahəsində xidmət etdikdən sonra Qafqaz cəbhəsinə göndərilmiş və orada yaralanmışdır. Müalicə olunduqdan sonra Mustafa Kamal Atatürkün şifrləmə katibi və Diyarbəkirdəki Nihat Anılmışın qərargahında komandir müavini vəzifələrində çalışmış, Fələstin cəbhəsinə göndərilmişdir. Xidmət etdiyi hərbi birlik Meqiddo döyüşündə darmadağın edildikdən sonra Hələbdən Mardinə, oradan da Diyarbəkirə qayıtmışdır. Cəmilpaşa burada Kürdüstan Yüksəlişi Cəmiyyətinin qurucularından biri olmuş və "Jîn" jurnalının nəşrinə rəhbərlik etmişdir.

Cəmilpaşa müstəqil Kürdüstanın yaradılması üçün Britaniya diplomatlarının dəstəyini qazanmağa cəhd etmişdir, lakin onun bu yanaşması uğurlu alınmamışdı. 1919-cu ilin iyunundaNutuk, Atatürk, Vesikalar, Belge 60, 8 Eylül 1919, Diyabekir Erkân-ı Harbiye Reisi Halit Bey'den Mustafa Kemal Paşa'ya telgraf Əkrəm Cəmilpaşazadə Britaniya kəşfiyyat kapitanıAge B. Şimşir'e göre, kendizinden belgelerde binbaşı Novil olarak söz edilmektedir. Ancak o tarihte yüzbaşı rütbesindedir. Kovbertin Noel ilə birlikdə Diyarbəkirə gəlmişdi. Onlar aldıqları icazə əsasında regionda kürd və erməni əhalisini araşdırmaq üçün gəlmişdilər. Diyarbəkir valisinin müavini Mustafa bəyin Britaniyanın himayəsi altında Kürdüstanı qurmaq üçün ictimaiyyətə təbliğat apardığı üçün həbs qərarı vermişdi. Bundan sonra o, Diyarbəkiri tərk edərək Hələbə qaçmışdı. IX Ordu müfəttişi Mustafa Kamal Paşaya göndərdiyi teleqrama görə, Diyarbəkir valisinin müavini Mustafa bəyin qərarı ilə o dövrdə qüvvədə olan dərnəklər qanununa uyğun olaraq Kürdüstan Yüksəlişi Cəmiyyətinin bu vilayətdəki fəaliyyətinə xitam verilmişdir. Cəmilpaşazadə Əkrəm bəy daha sonra İngilis Kəşfiyyatının kapitanı Kovbertin Noel ilə qeyri-qanuni yollarla Malatyaya gəlmiş və Atatürkün "Nitq" adlı əsərində adı çəkilən sənədə görə Əli Qalib hadisəsinə qoşulmuşdur.Nutuk, Atatürk, Vesikalar, Belge 56, 6 Eylül 1919, Kazım (Karabekir)'den Sivas 3 Komutanınlığına telgraf

Cəmilpaşa Şeyx Səid üsyanı yatırıldıqdan sonra Diyarbəkirdən deportasiya edilən 500 kürd əyanından biri olmuşdur. O, daha sonra həbs edilmiş və 10 il müddətinə azadlıqdan məhrum olunmuşdur. O, Kastamonu həbsxanasında digər kürd məhbuslara fransız dilini öyrədirdi. Cəmilpaşa kürd dilini tədris etmək istəyirdi, lakin bu, qadağan edilmişdi.Üngör, Umut (2009), p. 253 1929-cu ildə həbsdən çıxmış və kuzenləri Qədri, Mehmed və Bədri Cəmilpaşa ilə birlikdə Türkiyədən Suriyaya köçmüşdür. O, Suriyada "Xoybun"a qoşulmuş və 1939–1944-cü illər arasında onun baş katibi seçilmişdir. 1973-cü ildə vəfat edənə qədər Suriyada qalmışdır.

Əsərləri Hînkerê Zimanê Kurdî, Rehberê Ziman ê Her Du Kurdî: Kurmancî, Babanî, Ji neşriyatê Hêvî-Civata Telebeyê Kurdan, jimar: 1, Çapxaneyê Necmê Îstîqbal, İstanbul, 1921/1337. C.P.C., Dîrok a Kurdistan Bi Kurteliri - I, Beyrut, 1972. Ekrem Cemil Paşa, Muhtasar Hayatım, 1989. Ekrem Cemil Paşa, Kürdistan Kısa Tarihi, Doz Yayınları, İstanbul, 1998.

İstinadlar

Əlavə ədəbiyyat Malmîsanij, Diyarberkirli Cemilpaşazadeler ve Kürt Milliyetçiliği, Avesta, İstanbul, 2004, ISBN 975-8637-79-7, s. 237-273. Mehmet Kemal Işık (Torî), 'Ekrem Cemil Paşa', Ünlü Kürt Bilgin ve Birinci Kuşak Aydınlar, Sorun Yayınları, İstanbul, Kasım 2000, ISBN 975-431-111-0, s. 160-161.

Kateqoriya:Kürd siyasətçilər Kateqoriya:Kürd milliyyətçiləri