Ser Robert Ker Porter () — şotlandiyalı rəssam, yazıçı, diplomat və səyahətçi. Rusiya, İspaniya, Portuqaliya və İrana etdiyi səyahətlər haqqında hesabatları ilə tanınan Porter, İngiltərədəki ən erkən panorama rəssamlarından biridir. O, Rusiya çarı I Aleksandrın tarix rəssamı və Britaniyanın Venesueladadakı konsulu vəzifəsində çalışmışdır. Erkən həyatı Porter 1777-ci ildə Durhamda ordu cərrahı olan şotlandiyalı Vilyam Porterin beş uşağından biridir. Onun bacıları yazıçılar Ceyn Porter və Anna Mariya Porter idi. Atası 1779-cu ildə vəfat edib. 1780-ci ildə anası onu Durham məktəbində oxusa da, Edinburqa aparıb. Döyüş səhnələrinin rəssamı olmaq istədiyinə qərar verdi və 1790-cı ildə anası onu Kral İncəsənət Akademiyasına tələbə kimi qəbul etməsini təmin edəcək Benjamin Vestin yanına apardı. 1792-ci ildə İncəsənət Cəmiyyəti tərəfindən "Endor Cadugəri" adlı əsərinə görə gümüş palitra ilə mükafatlandırıldı. İstinadlar
Kateqoriya:Britaniya diplomatları Kateqoriya:Britaniya yazıçıları Kateqoriya:Rusiya imperiyası rəssamları Kateqoriya:Britaniya səyyahları Kateqoriya:Britaniya rəssamları Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:XVIII əsr yazıçıları Kateqoriya:XVIII əsr rəssamları Kateqoriya:XIX əsr rəssamları