Lokrum () — Adriatik dənizində Xorvatiyaya məxsus kiçik ada. Ada Dubrovnik şəhərinin yaxınlığıda yerləşir və ərazi baxımdan Dubrovaçko-Neretvan jupaniyasına daxildir. Adanı çox vaxt Elafat adalar qrupuna daxil edirlər.
Coğrafiyası Lokrum adasının sahəsi 0,694 km²-dir. Sahil xəttinin uzunluğu — 5058 metrdir. Adanın uzunluğu — 1,6 km, eni isə — 540 metrdir. Adanın dəniz səviyyəsindən ən yüksək zirvəsi 93 metrdir. Zirvədə fransızlar tərəfində inşa edilmiş Fort Royal istehkamı varTravirka, Antun: Dubrovnik. Eine Stadt der Kultur und der Kunst, 2006. Kiçik ölçülərə baxmayaraq adada kiçik göl var — Mrtvo (Ölü) ().
Ada təbii qoruq kimidir və ərazidə Aralıq dənzinə xarakterik bitki aləmi saxlanılmışdır. Ərazidə zeytun, aqava, kaktus, maqnoliya və palma geniş yayılıb. Həmçinin adada nəcib dəfnəyə, palıd, şam və qara şam ağaclarına rast gəlinir.
Lokrum adı latın mənşəli acrumen (turş meyvə) sözündən meydana gəlmişdir. Əvvəllər adada portağal ağacları geniş yayılmışdır.
Tarixi Ada haqqında ilk yazılı məlumat 1023-cü ilə təsadüf edir. Ərazidə ilk dəfə benedik abbatlığı və monastır yaradılmışdır.
Əfsanəyə görə Şirürəkli I Riçard 1191-ci ildə fırtınadan qorunmaq üçün adada bir müddət qalmışdırAdria. Reiseführer und Atlas, Jugoslawisches lexikographisches Institut, 1965. 1667-ci ildə adadakı monastır Dubrovnik zəlzələsindən böyük zərər almışdırRadovinovic, Radovan: Die Jugoslawische Adria. Kultur- und Naturdenkmäler, 1988.
Turizm Adada olan qədim benedikt monastırı və xüsusi qurğu ilə yamacdan sahilə gətirilən su xətti turistləri cəlb edir. Adada həmçinin Meksikanın gələcək imperatoru Maksimilian Habsburq istirahət etmişdir. Onun zamanında adada botanika bağı fəaliyyət göstərmiş və bağda bir neçə tovuz quşu ailəsi yaşamışdırMarić: Erzherzog Maximilians Traum.. Lokrumun populyar olmasının səbəblərindən biri də adada amerika serialı olan "Taxt-tac oyunları" seryalının bir neçə epizodununun çəkilməsidir.
İstinadlar
Kateqoriya:Xorvatiya adaları Kateqoriya:Çılpaq çimərliklər