Azərbaycan Yüksək Qızlar Liqası 2023/2024 — Qadınlar arası Azərbaycanda keçirilən ən böyük futbol liqasının mövsümü
Müsabiqə formatı AFFA Yüksək Qızlar Liqasında oyunlar bir qrupda 9 komanda olmaqla iki dövrədən ibarət dairəvi sistemlə keçirilir. Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə görə isə xal verilmir.
Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən olunur: Komandaların öz aralarında keçirdikləri oyunlarda qazandıqları xallara əsasən; Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış qolların sayına əsasən; Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə; Bütün oyunlarda vurulmuş qolların sayına əsasən; Komandaların qələbə saylarına əsasən; Ən az qırmızı və sarı vərəqələrə görə toplamış xalların fərqinə əsasən (sarı vərəqə 1 xal, qırmızı vərəqə 3 xal); Bütün göstəricilər eyni olarsa, yenidən komandalar arasında bir oyun keçirilir və nəticəyə əsasən turnir cədvəlində yer müəyyən edilir.
Turnir Cədvəli mənbə:
YerKlubOQHMQollarT/FX1Neftçi (Bakı)161501205:4201452Sumqayıt161501202:5197453Baku Juniyors61204137:12125364Araz Naxçıvan 16100590:7515305Qəbələ16511061-83 -22166İnter Xaçmaz16511054-79–25167Şəmkir 16401220-59 -39128 Balxurma Balakən16401233-160–127129Olimpiya Ağcabədi1610155-330–3253 Qeyd: "Şəmkir" klubu çempionatın 2-ci dövrəsinin başlarında, əsasnamənin müddəalarını pozduğu üçün liqadan diskvalifikasiya edilir.
Maraqlı faktlar Çempionatda sadəcə 1 heç-heçə qeydə alınmışdır. "İnter" (Xaçmaz) doğma meydanda "Qəbələ" ilə 1-1 hesablı heç-heçə əldə etmişdir.
Çempionatın və Azərbaycan futbol tarixinin ən böyük hesablı qələbəsi "Olimpiya Ağcabədi" (Əvvəl "Aran" idi) və "Baku Juniyors" arasında baş tutan oyunda qeydə alındı. Bakı komandası, Ağcabədi təmsilçisini 52-0 hesabla məğlub etdi.
"Neftçi" klubunun futbolçusu Aysun Seydiyeva "Olimpiya Ağcabədi" klubuna qarşı oyunda 38 qol vurdu.
İstinadlar
Kateqoriya:2023/2024 mövsümündə Azərbaycanda futbol