Nağaş Ovnatan və ya Nəqqaş Ovnatan (; ) — erməni şairi, aşıqı, rəssamı, Ovnatan rəssam ailəsinin banisi. O, orta əsr erməni lirikasının ardınca yeni erməni minstrel məktəbinin banisi hesab olunur.
Həyatı left|thumb| Nağaş Ovnatanın Üçkilsə kafedralındakı əsəri.Nağaş Ovnatan 1661-ci ildə Naxçıvanda (o vaxt Səfəvilər imperiyasının Çuxursəəd bəylərbəyliyinin tərkibində) Şurud kəndində keşiş ailəsində anadan olmuşdur. O, Aqulisdə yerləşən Müqəddəs Foma monastırında təhsil almışdır. Ömrünün çox hissəsini Tiflis və İrəvanda keçirən Ovnatan son orta əsr sekulyar erməni poeziyasının ən görkəmli nümayəndələrindən biri hesab olunur. Onun yaradıcılığı aşıq yaradıcılığına ən yaxındır. 1710-cu ildə Tiflisə köçmüşdür və burada rəssam olmaqla yanaşı, saray aşığı kimi də fəaliyyət göstərmişdir. Ovnatan yüzdən çox satirik, romantik, içkiyə həsr olunmuş, tərbiyəvi və ya öyüd-nəsihət xarakterli mahnı və qəsidələrin müəllifidir.
Nağaş Ovnatan bir rəssam kimi 1712-ci ildə Üçkilsə kafedralının daxili bəzəyini öhdəsinə götürmüş və 1721-ci ildə tamamlanmışdır. "Nəqqaş" ləqəbi ərəbcə "rəssam" deməkdir.
Yaradıcılığı O, azəri dilinin və şeirinin incəliklərinə və gözəlliklərinə yaxından bələd olmuşdur. Nağaş Ovnatanın aşağıdakı "Mayiləm" qoşması buna gözəl sübutdur:
"Bir kəklik yerişlim, maral baxışlım, Üzü xalu gök sin ağa mayiləm, Leyli məskənidür süsən sünbüllü, Onun üçün mən bu dağa mayiləm.
Qələm qaşlu nazlı yara mən qulam, Görrəm dostum ağlar, mən necə gülləm, Ayrı yerdən gəlmiş qərib bülbüləm, Gülün həsrətiyəm, bağa mayiləm.
Yeri fələk, məni etdin cahandan, İki telli sona ayrıtdın məndən, Haxdan fərman oldu çıxmışam səndən, Nağaşam, beş arşın ağa mayiləm."
İrsi 1983-cü ildə Ermənistan SSR-nin paytaxtı İrəvanda onun erməni dilində şeirlər toplusu nəşr olunmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Erməni aşıqlar Kateqoriya:Azərbaycan erməniləri Kateqoriya:Ermənistan rəssamları Kateqoriya:XVII əsr şairləri Kateqoriya:XVIII əsr şairləri Kateqoriya:Ovnatanyanlar