thumb|right|350px|Avropa abolisionist dövlətlərin ən böyük konsentrasiyasına sahibdir (mavi). 2022-ci ilin cari xəritəsi. Müasir Yunanıstanda ölüm cəzası gilyotinlə (1913-cü ilə qədər) və ya odlu silahla həyata keçirilirdi. Ölüm cəzası sonuncu dəfə 1972-ci ildə Hərbi Xuntanın hakimiyyəti dövründə tətbiq edilib və 1975–2005-ci illər arasında ölüm cəzası mərhələli şəkildə ləğv edilib.
Tarixi Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı həyata keçirilən edamlar güllələnmə üsulu ilə idi, baxmayaraq ki, Monarxiya 1834-cü ildə Cəza məcəlləsini tətbiq edərkən yeganə edam üsulu olaraq gilyotinlə başın kəsilməsini qanuniləşdirmişdi. 1847-ci ildə hər edam üçün gilyotinin təmin edilməsində yaranan çətinliklər hökuməti alternativ edam üsullarını (güllələnmə) tətbiq etməyə məcbur etdi. Hər iki edam üsulu, 1929-cu ildə güllələnmə yeganə edam vasitəsinə çevrilənə qədər istifadə ediləcəkdi (sonuncu gilyotinlə edam 1913-cü ildə gerçəkləşdirilib). 1946–1949-cu illər arasında Yunanıstanda vətəndaş müharibəsi zamanı 3000-dən çox insan edam edilib. Sonuncu ölüm cəzası 1972-ci il avqustun 25-də həyata keçirilib. Bu da Krit adasında həyat yoldaşı, qayınanası və iki uşağını (onları öz evində diri-diri yandırıb) qətlə yetirdiyinə görə 27 yaşlı Vasilis Limberisin güllələnməsi olub."1972: Vassilis Lymberis, the last executed in Greece" , Executed Today, accessed 24 November 2015
Ölüm cəzası 1975-ci il Konstitusiyasının 7-ci maddəsi əsasən müharibə dövründə vətənə xəyanət istisna olmaqla, dinc dövrdə törədilmiş cinayətlərə görə ləğv edildi. Yunan Xuntasının üç aparıcı üzvü Georgios Papadopulos, Stilianos Pattakos və Nikolas Makaresos Yunan Xuntası məhkəmələri zamanı edam cəzasına məhkum edilsələr də, Karamanlis hökuməti bu cəzanı ömürlük həbslə əvəz etdi.
1997-ci ildə Yunanıstan, müharibə dövründə törədilmiş ən ağır cinayətlərə, yəni vətənə xəyanətə görə ölüm cəzasının tətbiqinə imkan verən punktların qalması şərti ilə Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakültativ Protokolunu ratifikasiya etdi. Avropa İnsan Hüquqları Konvensiyasında (AİHM) sülh dövründə ölüm hökmünün ləğvini nəzərdə tutan 6 saylı Protokol 1998-ci ildə ratifikasiya edildi.Chart of signatures and ratifications of Treaty 114 , Council of Europe Treaty Office, accessed 24 November 2015
Yunanıstan 2004-cü ildə bütün cinayətlərə görə ölüm cəzasını ləğv etdi."International Views on the Death Penalty" , Death Penalty Focus, accessed 24 November 2015 2005-ci ildə Yunanıstan AİHM-in bütün hallarda ölüm hökmünün ləğvi ilə bağlı 13 saylı Protokolu ratifikasiya etdi.Chart of signatures and ratifications of Treaty 187 , Council of Europe Treaty Office, accessed 24 November 2015
2013-cü ildə isə Qızıl Şəfəq Partiyası zorakı cinayətlərə görə məhkum edilmiş mühacirlər üçün ölüm cəzasını bərpa etməyə çağıran nümayişlər edib."Golden Dawn Seeks Death For Violent Migrants" , Greek Reporter, 31 March 2013
İstinadlar
Xarici keçidlər Second Optional Protocol to ICCPR; Protocol No. 6 and Protocol No. 13 to ECHR — text of the treaties, dates of signature and ratification Abolitionist and retentionist countries — report by Amnesty International
Kateqoriya:Yunanıstanda ölüm cəzası