Marta Stepanovna Çumalo () — Ukraynalı feminist, hüquq müdafiəçisi, gender eksperti və psixoloq. Qadın Perspektivləri təşkilatının həmtəsisçisi və sədr müavini. Olof Palme mükafatı laureatı (2023). Həyatı Marta Çumalo 1993-cü ildə fizika ixtisası üzrə İvan Franko adına Lvov Milli Universitetini bitirib. Ardınca o, Regionlararası Personal İdarəetmə Akademiyasında psixoloq, ali təhsil müəssisələrində psixologiya müəllimi ixtisası üzrə təhsil alıb (2013).

Tələbə olarkən Marta müəllimi tərəfindən cinsiyyətçilik və cinsi təcavüz halları ilə üzləşib. Daha sonra o, nəqliyyat şirkətində işləyərkən əmək bazarında qadınlar arasında bərabərsizlik olduğu qənaətinə gəlib. 1996-cı ildə o, kiçik biznesin inkişafı üzrə qadınlar üçün təlimçilər hazırlamaq üçün Britaniya-Ukrayna layihəsində təlimi tamamlayıb. Təhsil aldığı müddətdə özü ilə həmfikir qadınlarla tanış olub, onlarla birlikdə İrina Vilde adına Qərbi Ukrayna Regional Qadın Resursları və İnformasiya və Sosial-İqtisadi Uyğunlaşma Mərkəzini yaradıb.

1998-ci ildə Lvovda digər qadınlarla birlikdə 20 ildən çox çalışdığı “Qadınların Perspektivləri” ictimai təşkilatını təsis edib. Təşkilatda Marta Çumalo sədr müavini vəzifəsini tutur və layihə rəhbəridir. "Qadınların Perspektivləri" təşkilatı təsis edildiyi gündən o, məişət zorakılığı və insan alveri ilə mübarizə məsələləri üzərində işləyir. O, feminizm tərəfdarıdır və Ukraynada gender bərabərliyinin yaradılmasını dəstəkləyir.

Marta Çumalo 2017-ci ildən o, Ukrayna qadınlarının hüquqlarının təmin edilməsi üzrə Avropa Qadın Lobbisinin () köşə yazarıdır. Marta Çumalo Ukrayna CBT Terapevtləri Assosiasiyasının və Ayrı-seçkiliklə Mübarizə Koalisiyasının üzvüdür. O, Avropa Şurası, BMT İnsan Hüquqları Şurası və ATƏT-in sertifikatlı təlimçisidir. Marta Çumalo “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Milli Platformalarında İstifadə üçün Gender Auditlərinin aparılmasına dair Bələdçi”nin həmmüəllifidir.

2014-cü ildə Rusiya-Ukrayna müharibəsi başlayandan və 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından başlayaraq Marta Çumalo müharibənin nəticələri haqqında cəmiyyəti məlumatlandırmaq və onun qurbanlarının reabilitasiyası ilə məşğuldur.

2020-ci ildə o, “insan hüquqları uğrunda mübarizədə görkəmli nailiyyətlərə” görə Hollandiya səfirliyindən İnsan Hüquqları Laləsi Mükafatını alıb.

2023-cü ildə Marta Çumalo Ukraynadan bu mükafatın ilk qalibi olmaqla, Olof Palme Mükafatına layiq görülüb.

İstinadlar

Xarici keçidlər Марта Чумало «Жінки у глибоких сільських районах сприймають насильство щодо них як норму» , 27 листопада 2017 року. Марта Чумало «В українському соціумі бути не такими дуже складно.», Prostir.ua, 2 квітня 2015 року. «Сексизм і насильство щодо жінки — дві проблеми суспільства» , :uk:Громадське радіо, Марта Чумало в ефірі від 2015. «Якої допомоги потребують жінки, котрі зазнали насильства?» , Громадське радіо, Марта Чумало в ефірі від листопада 2018. «Три погляди на секс-роботу в Україні» , Марта Чумало в Феміністичній майстерні, 18 грудня 2016 року. «Не місце для бойових дій», інтерв'ю з Мартою Чумало про :uk:домашнє насильство, Центр інформації про права людини , 11 травня 2016 року. Сайт громадської організації «Жіночі перспективи» Інтерв'ю з Мартою Чумало про підтримку жінок і феміністичний активізм у Львові , :uk:Гендер в деталях, 11 вересня 2018 року. Марта Чумало: Синдром набутої безпорадності , про сімейне насильство для порталу Інтерв'ю з України , 11 травня 2018 року. Зґвалтування у шлюбі: Чому ви не винні секс чоловікові , інтерв'ю-лікбез для порталу WoMo.ua .