– Yaponiya siyasətçisi və jurnalisti.

İlk illəri 1843-cü ildə Edo şəhərində samuray ailəsində doğulmuşdur. Sendayu Takanaşinin oğlu idi. Naqasaki və Yokohamada Qərb hərbini və ingilis dilini öyrənmişdir. Boşin müharibəsində iştirak etmiş, Ayzuya gedərək Tokuqava şoqunluğunun tərəfində döyüşmüşdür. Lakin bir müddət həbsdə olduqdan sonra yeni yaradılmış Meyci hökumətinə qoşulmuşdur. 1872-ci ildə Maliyyə Nazirliyində, daha sonra Ədalət Nazirliyində işləməyə başlamışdır.

Aktivizm Numa hökumətin söz azadlığı siyasəti ilə razılaşmamış, 1879-cu ildə Qenroindəki (Ağsaqqallar Palatası) postundan istefa edərək özünü azadlıq və insan hüquqları hərəkatına həsr etməyə qərar vermişdir. 1879-cu ildə Tokioda "Yokohama Mainichi Shinbun" qəzetini satın almış və Yaponiya parlamentinin yaradılmasını dəstəkləmişdir.

Numa Avropa səyahətindən sonra Omeyşa adlı siyasi tədqiqat qrupu təşkil etmişdir. Omeyşa 1880-ci ildə Yaponiya konstitusiyasının qaralama versiyasını hazırlamış, Britaniya modeli əsasında ikipalatalı və bir kabinetli parlamentin yaradılmasını təklif etmişdir. Taquçi Ukiçi və Şimada Saburo kimi şəxslər qrupun üzvü olmuşdurlar. Numa 1881-ci ildə Yaponiya Liberal Partiyasının qurulmasında iştirak etmiş, lakin daha sonra digər "Omeyşa" üzvləri ilə birlikdə Okuma Şiqenobunun Konstitusional İslahat Partiyasına qoşulmuşdur. Tokio Prefektural Assambleyasının sədri olmuşdur.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya jurnalistləri Kateqoriya:Yaponiya siyasətçiləri Kateqoriya:Boşin müharibəsi iştirakçıları Kateqoriya:Yaponiyada ağciyər iltihabından vəfat edənlər Kateqoriya:Yaponiya pedaqoqları