Belveder Qalası — Nyu-Yorkun Manhetten bölgəsinin Mərkəzi parkında Saray kompleksi.
1919-cu ildən burada Mərkəzi Parkın rəsmi meteoroloji stansiyası yerləşir.
Adı italyanca "gözəl mənzərə" mənasını verən "belvedere" sözündən gəlir.
Tarixi thumb|left| thumb|left|upright|Qüllə Mərkəzi Parkda küləyin sürətini və istiqamətini qeyd edir.
Qala Viktorian stili memarlığının nümunəsidir və Norman, Neoqotik və Neo-Mövri arxitekturalarını birləşdirən XIX-cu əsrin məşhur Qərbi Avropa üslübunda 1869-cu ildə tikilmişdir. Memarı Volks Kalverdir.
Əsas tikinti materialı yerli kristal şistlərdir. Şərq quruluşu 1871-ci ilə qədər tamamlandı. Onun qülləsi parkın ən hündür nöqtəsidir.https://web.archive.org/web/20110205124257/https://www.citylisten.com/our_tours/detail/2/new_york_city/2/central_park/
1980-ci illərdə Qala yenidən bərpa edilmişdir.https://archive.org/details/rebuildingcentra00roge_0
1983-cü il mayın 1-də Qalanın strukturu yenidən təmir olundu. Orijinal qüllə dəyişdirildi, pavilyonlar yenidən quruldu və qala ziyarətçi mərkəzinə çevrildi.
Binanın altında indiyə qədər fəaliyyət göstərən tunel tikilib.
1995-ci ildə Henri Luce Təbiət Mərkəzi Qalanın bərpası üçün 340.000 dollar qrant ayrıldı. Bu bərpa işləri 1996-cı ildə başa çatdırılmışdır.
Fəafliyyəti Qala indi ziyarətçi mərkəzi kimi xidmət göstərir. Burada təşkil edilən pulsuz ailə və icma proqramlarına ailələr üçün müxtəlif proqramlar, o cümlədən ulduzlara baxış — Astronomiya və Təbiətşünaslıq tədbirləri daxildir.
İstinadlar
Ədəbiyyatı Carroll, Raymond; Berenson, Richard J. The Complete Illustrated Map and Guidebook to Central Park. — Sterling, 2008. — 128 p. — ISBN 978-1402758331. Dunford, Martin. The Rough Guides' New York City Directions. — Rough Guides, 2004. — 176 p. — ISBN 978-1843533221. Fortier, Alison. A History Lover's Guide to New York City. — The History Press, 2016. — 256 p. — ISBN 978-1467119030. New York Landmarks Preservation Commission. Guide to New York City Landmarks. — Wiley, 2008. — 464 p. — ISBN 978-0470289631. Kadinsky, Sergey. Hidden Waters of New York City: A History and Guide to 101 Forgotten Lakes, Ponds, Creeks, and Streams in the Five Boroughs. — Countryman Press, 2016. — 352 p. — ISBN 978-1581573558. Olmsted, Frederick L.; Vaux, Calvert. Description of a Plan for the Improvement of the Central Park, "Greensward.". — Olmsted, Vaux & Co, 1858. Rogers, Elizabeth Barlow. Rebuilding Central Park: A Management and Restoration Plan. — The MIT Press, 1987. — 160 p. — ISBN 978-0262181273. Rosenzweig, Roy; Blackmar, Elizabeth. The Park and the People: A History of Central Park. — Cornell University Press, 1992. — 640 p. — ISBN 978-0801497513. Slavicek, Louise Chipley. New York City's Central Park. — Chelsea House Pub, 2009. — 120 p. — ISBN 978-1604130447. Trager, James. The New York Chronology: The Ultimate Compendium of Events, People, and Anecdotes from the Dutch to the Present. — Collins Reference, 2003. — 944 p. — ISBN 978-0060523411. Velez, Gail. 2012-2013 Class Trip Directory: Day and Travel Trips for School, Scout, Youth and Homeschool Groups. — Family Publications, 2012. — ISBN 978-0982040874.
Xarici keçidlər
Kateqoriya:Manhettendəki binalar və tikililər Kateqoriya:Sentral park Kateqoriya:ABŞ muzeyləri Kateqoriya:XIX əsrə aid qalalar