Sənan Firudin oğlu Hacıyev () — azərbaycanlı hüquqşünas; Azərbaycan Ali Məhkəməsinin hakimi (2018—h/h).

Həyatı Sənan Firudin oğlu Hacıyev 1978-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Tibb Universitetindən, 2001-ci ildə isə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq bölməsindən (qiyabi) məzun olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi magistr dərəcəsi alıb.

Fəaliyyəti 2001–2006-cı illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun elmi işçisi olub.

2006–2010-cu illərdə Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq İdarəsində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

2010–2013-cü illərdə Nərimanov Rayon Məhkəməsinin hakimi olub.

2013–2018-ci illərdə isə Bakı Apellyasiya Məhkəməsinin hakimi olub.

2 noyabr 2018-ci ildə Azərbaycan Prezidentinin təqdimatına, Azərbaycan Milli Məclisinin razılığına əsasən Azərbaycan Ali Məhkəməsinin hakimi təyin olunub.

6 may 2020-ci ildə isə Azərbaycan Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri vəzifəsinə təyin olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə Sənan Firudin oğlu Hacıyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2021-ci ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür, 2023-cü ildən isə Azərbaycan Hakimlər İttifaqının sədr müavinidir.

İstinadlar

Kateqoriya:Azərbaycan Tibb Universitetinin məzunları Kateqoriya:Azərbaycan Beynəlxalq Universitetinin məzunları Kateqoriya:Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunları Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Kateqoriya:Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvləri