Fernandu Santuş () — portuqaliyalı futbol mütəxəssisi və keçmiş futbolçu, məşqçi.

Karyerası Futbolçu karyerası ərzində yalnız Portuqaliya Premyer Liqasında çıxış edib və 161 oyuna 2 qol vurub. Karyerasına başa vurduqdan sonra 1987-ci ildə Eştoril Praya FK-da köməkçi məşqçi, 1988-ci ildən etibarən isə həmin klubda baş məşqçi kimi fəaliyyətə başlamışdır.

Santuş Portuqaliyanın "Böyük üçlük" adlandırılan 3 komandasını (Benfika FK, Porto FK, Sportinq FK) idarə edib və bunlardan Porto ilə yerli liqada 5 əsas titul qazanıb. 2000-ci illərin əvvəllərində əsasən Yunanıstan komandaları ilə çalışıb (AEK Afina FK və PAOK FK). 2010-cu ildə Yunanıstan millisinin baş məşqçisi təyin olunub və Dünya Kuboku və Avropa çempionatında komandanı çalışdırıb. 2014 və 2022-ci illərdə isə Portuqaliya millisinə rəhbərlik edib. Fernandu Santuş Portuqaliya millisi ilə 2016 Avropa çempionatında və 2019 Millətlər Liqasında çempion olub. 2023-cü ildə Polşa millisinin baş məşqçisi təyin edilsə də, həmin ilin sentyabrında istefaya göndərilib. Fernandu Santuş həmçinin 2024-cü ilin yanvarında Beşiktaş FK ilə müqavilə imzalayıb, lakin 6 oyunluq məğlubiyyət seriyasından sonra apreldə istefaya göndərilib.

2024-cü ilin iyunun 3-də Azərbaycan milli futbol komandasının baş məşqçisi təyin olunub. 2025-ci ilin 8 sentyabrında istefaya göndərilib. İstinadlar

Xarici keçidlər

Kateqoriya:Portuqaliya futbolçuları Kateqoriya:Benfika FK futbolçuları Kateqoriya:Portu FK məşqçiləri Kateqoriya:AEK Afina FK məşqçiləri Kateqoriya:Panatinaikos FK məşqçiləri Kateqoriya:Sportinq Lissabon FK məşqçiləri Kateqoriya:UEFA Avropa Çempionatının qalib məşqçiləri Kateqoriya:Beşiktaş PFK məşqçiləri Kateqoriya:Azərbaycan milli futbol komandasının məşqçiləri Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Portuqaliyanın kişi futbolçuları Kateqoriya:2022 FİFA Dünya Kuboku məşqçiləri Kateqoriya:2018 FİFA Dünya Kuboku məşqçiləri Kateqoriya:2014 FİFA Dünya Kuboku məşqçiləri Kateqoriya:Türkiyə Super Liqası baş məşqçiləri Kateqoriya:Beşiktaş PFK futbolçuları Kateqoriya:Yunanıstan Super Liqası məşqçiləri