Mətin Balkanlıoğlu (; ) — Türkiyə islam din xadimi.
Həyatı Abdülmetin Balkanlıoğlu 1958-ci ildə Sunqurlu rayonunun Aşağıfındıqlı kəndində anadan olmuşdur. 1977-ci ildə Çorum İmam Hatip məktəbini, 1986-cı ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1977-ci ildə Şilədə imam olaraq işə başlamışdır. İsmayılağa camaatının rəhbərlərindən biri idi. Balkanlıoğlu evli olmuşdur, 2 övladı var idi. Milliyətçi fikirlərə sahib idi və Rəcəb Tayyib Ərdoğanı dəstəkləyirdi.
O, tez-tez gülənçilərə, kürdlərə, ərbakançılara və Türkiyə müxalifətinə qarşı çıxışlar edirdi.
O, qəzəblə kürd yaraqlılarına qarşı həddindən artıq güc tətbiq etməyə çağırdığı mübahisəli çıxışından qısa müddət sonra infarkt keçirmişdir. Mətin Balkanlıoğlu 20 iyun 2018-ci ildə vəfat etmişdir. Onun dəfn mərasimi Fateh məscidində keçirilmişdir və Ədirnəqapıda dəfn olunmuşdur.
İstinadlar
Kateqoriya:İslam alimləri Kateqoriya:İstanbul Universitetinin Hüquq fakültəsinin məzunları