Vahco Sardono () — Dono və ya Dono Warkop adı ilə tanınan İndoneziya aktyoru və komediyaçı. O, "Warkop" komediya qrupunun üzvü idi. Dono karyerasına İndoneziya Universitetində təhsil aldığı illərdə başlamışdır.

Təhsilini başa vurduqdan sonra Dono 1980–1995-ci illərdə "Warkop" qrupu ilə birlikdə 34 komediya filmində rol aldıqdan sonra məşhurlaşmışdır. O, ömrünün sonunadək kütləvi informasiya vasitələrində sosial mövzularda məqalələr və bir neçə roman yazmaqla məşğul olmuşdur. Dono 2001-ci ildə ağciyər xərçəngindən vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Ağciyər xərçəngindən ölənlər Kateqoriya:İndoneziya müsəlmanları